Kiberidman üzrə ən çox inkişaf etmiş ölkələrin top yeddiliyi

Date:

Paylaş:

20 ilə yaxındır ki, komputer oyunları adi əyləncədən  təmamilə kiberidman sənayesinə çevrilib və əyləncə dünyasında ən məşhur və inkişaf etmiş trendlərdən biri olub.

Mütəxəssislərin dəyərləndirmələrinə görə kiberidman sənayesi 2021-ci ilə 1,65 milyard dollar dəyərində olacaq.

2017-ci ildə bir tək  League of Legends oynayanların sayı 100 milyon-a çatıb.

Məlumdur ki, kiberidman qlobal bir sənaye növüdür, lakin hələ də ona hansı ölkənin liderlik etməsi barədə müzakirələr gedir.

Aşağıda biz bu ada əsas namizəd ölkələr haqqında danışacağıq.

Cənubi Koreya

Belə hesab edilir ki, məhz Cənubi Koreya kiberidmanın vətənidir.

Elə buna görə də çoxlu kiberidman ulduzunun bu ölkədən olması təsadüfi deyil.

Faker kimi tanınmış kiberidman ulduzları League of Legends oyunlarının bütün dünya üzrə məşhurlaşması üçün çalışıblar.

BangWolf isə ölkələrinin ən yaxşı kiberidman sənayesi  ölkəsi kimi məşhurluğunun artması üçün səy göstəriblər.

Çin

Bəzi hesablamalara görə, Çində mütəmadi olaraq oyunlar oynayanların sayının 260 milyon nəfər olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, məhz bu ölkə sənaye üzrə dünya lideri olacaq.

League of Legends ulduzlarında biri Uzidir, belə ki o öz oyunu ilə rəqiblərini şanssız qoyur.

Ölkənin hakim orqanları əvvəlcə kiberidmana qarşı çıxsalar da, bu yaxınlarda fikirlərini dəyişiblər.

Xançjou şəhərində  hal-hazırda kiberidman rəsmən inkişaf mərhələsindədir.

 ABŞ

ABŞ da kiberidmandan kənar qalmayıb və bu sahədə ölkənin Fortnite Ninja, eləcə də Sneaky kimi ulduzları var, belə ki onlar League of Legends oyununda əla nəticələr göstəriblər.

Lakin ən çox gəlir gətirən Dota 2-dir. Buna görə də mütəxəssislər son zamalar. UNiVeRsE, ppd Fear kimi amerikan oyunçularının gəlirlərinin həcmini maraqla izləyiblər.

Almaniya

Sırf qazanc aspektindən yanaşsaq o zaman Almaniyanı və onun ən yaxşı idmançılarını da liderlər siyahısına sala bilərik.

KuroKy-nun Dota 2-dəki uğurları sayəsində Almaniya da kiberidman üzrə lider ölkələrdən biri sayılır.

Və əlbəttə ki, o Almaniyada yeganə idmançı deyil.

FATA, Smite ShoWTimE kimi məşhur idmançılarla yanaşı  ölkədə özlərini gələcəkdə göstərə biləcək çoxlu istedadlı oyunçular da var.

İsveç

İsveçin  DreamHack kiberidmanı üzrə çox vacib turnir keçirdiyini nəzərə alsaq, şübhəsiz ki, bu ölkənin də sənayeyə məlum təsiri olduğunu qeyd edə bilərik. İsveçin də istedadlı oyunçuları var: Dota 2-də s4 Zai, həmçinin Olofmeister, forest KriMZ.

İsveç oyunçularında heyrətə gətirən hal ondan ibarətdir ki, onlar müxtəlif oyunlar oynamaqla əsl şou göstərə biliblər.

 Braziliya

Çoxları Braziliyanı kiberidman üzrə lider-ölkələr sırasında görüb təəccüblənirlər.

Lakin, son zamanlar Counter Strike Global Offensive-in liderlərindən biri olan əfsanəvi braziliyalı oyunçu  Coldzera-nı xatırlamaq kifayətedir ki bütün şübhələr yox olsun. Bu oyun, Fallen, fer və TACO da daxil olmaqla  braziliyalı oyunçular arasında inanılmaz dərəcədə məşhur oldu.

KinGRD Tavo  kimi ulduzlar isə Dota 2 –də ustalıq nümayiş etdiriblər.

Beləliklə, Braziliya da kiberidman üzrə lider ölkə adına namizəddir.

Rusiya

Rusiya da kiberidman üzrə lider ölkələrin siyahısına daxildir. Mütəxəssislər əfsanəvi rus komandası  Virtus.pro.-nun uğurlarını qeyd ediblər.

Buranın da öz ulduzları var: Solo- Dota 2 turnirinin qalibi və ya Counter Strike Global Offensive –də master –oyun göstərən  flamie.

Göründüyü kimi rus oyunçuları da həmçinin dünyada kiberidman üzrə əsas fiqurlardan sayılırlar.

Yaddan çıxarmaq lazım deyil ki, Rusiya, İnspirer, LeBwa və Nuclear kimi oyunçular sayəsində World of Tanks kimi oyunlara başçılıq edir.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...