Microsoft şirkətinin kibertəhlükəsizlik ekspertləri bu yaxınlarda təyyarə qəzasında dünyasını dəyişmiş basketbolçu Kobi Brayantın şəkli əks olunan divar kağızının zərərli HTML-fayl olduğunu aşkarlayıblar. Bu barədə Microsoft Security Intelligence-in Tvitter hesabında məlumat verilir.
Zərərli fayl, Monero (XMR) kriptovalyutasının əldə edilməsini təmin edən CoinHive xidmətindən bəhs olunan kodu özündə daşıyır. Xidmət xakerlər arasında məhşur olub, amma 2019-cu ilin martında bağlanıb, Block Crypto xatırladır.
“Microsoft”dan bildiriblər ki, dünyanın MBA əfsanəsinə yas tutduğu bir vaxtda, kibercinayətkarlar gözlənildiyi kimi, faciədən sui-istifadə ediblər.