Əsas səhifə Biznes sahələri Texnologiya Kibercinayətkarlarla mübarizəyə xərclər 6 trilyon dollara yaxınlaşacaq

Kibercinayətkarlarla mübarizəyə xərclər 6 trilyon dollara yaxınlaşacaq

109
Paylaş
Hacker
Hacker

Maliyyə, hesab və audit sahəsində mütəxəssisləri birləşdirən ACCA assosiasiyası biznesdə kibertəhlükəsizlik problemlərinə həsr edilmiş araşdırmanın nəticələrini elan edib.

Ekspertlərin proqnozuna görə, 2021-ci ilədək şirkətlər kibercinayətkarlarla mübarizəyə təxminən 6 trilyon dollar xərcləyəcək. Araşdırma nəticəsində məlum olub ki, maliyyə mütəxəssislərinin hamısı kibertəhlükəsizlik məsələsini risk amillərinə aid etmir və çox vaxt onun məsuliyyəti yalnız İT mütəxəssislərinin üzərinə düşür.

Araşdırma zamanı rəyi öyrənilmiş maliyyə direktoru və maliyyə departamentləri rəhbərlərinin təxminən 60%-i hesab edirlər ki, kibertəhlükəsizlik 5 ən mühüm biznes risklərindən biridir.

Respondentlərin 10%-i şirkətlərində kibertəhlükəsizlik üçün məsuliyyət daşıyan şəxsi tanımırlar, respondentlərin 33%-i isə şirkətlərinin əvvəllər kiberhücuma məruz qalıb-qalmadığını bilmirlər.