Kİa şirkəti Seltos modelinin interyerini nümayiş etdirib

Date:

Paylaş:

Kia şirkəti Cənubi Koreyada Seltos modelini təqdim edərək, avtomobilin interyerini ilk dəfə nümayiş etdirib. Seltos modeli bu ilin sonunda satışa çıxsa da, bizim bazarda gələn il debüt edə bilər. Cənubi Koreyada krossover 19,3 milyon vondan (28,4 min manat) satılır.

Dərc edilmiş şəkillərdə multimedia sisteminin 10,25-düymlük ekranını, klimat-kontrolun idarəetmə blokunu, səkkiz düymlük proyeksiya displeyini və qapı panellərində quraşdırılmış Sound Mood Lighting dinamik salon işıqlandırmasının elementlərini görmək olar. Bu işıq elementləri səkkiz dinamikli Bose səs sistemindən süzülən musiqinin ritminə uyğun olaraq sayrışa bilərlər.

Kia Seltos
Kia Seltos
Kia Seltos
Kia Seltos
Kia Seltos
Kia Seltos

Kia Seltos modelinin təchizatına Drive Mode Select hərəkət rejimləri sistemi, parktroniklər, arxa görüntü kamerası, adaptiv kruiz-kontrol, smartfonların induksion doldurulması sistemi, havalandırmalı oturacaqlar, yol xətlərinə nəzarət funksiyası, yoxuşda tərpənməyə yardım və təcili əyləcləmə sistemləri daxil edilib.

Satış bazarından asılı olaraq, Kia Seltos modeli 177 at qüvvəli 1,6-litrlik T-GDI turbomühərriki, 146 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və 136 at qüvvəli 1,6-litrlik turbodizeli ilə təklif edilə bilər. Transmissiyalar variator, altıpilləli “avtomat” və yeddi diapazonlu DCT “robotudur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...