Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “KFC”də süni toyuq əti veriləcək

“KFC”də süni toyuq əti veriləcək

45
Paylaş

Dünyaca məşhur “KFC” fastfud restoranlar şəbəkəsi menyuya “Beyond Meat” şirkətinə məxsus süni toyuq ətindən hazırlanan naqqetslər əlavə edəcək.

Məhsulun fevralın 3-dən ABŞ-ın Şarlott və Neşvill şəhərlərində yerləşən 70 “KFC” restoranında sınaq satışı həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin yayında artıq yoxlama olaraq süni toyuq əti ABŞ-ın Atlanta şəhərində satışa çıxarılıb.

O zaman bütün süni toyuq ehtiyyatları beş saat ərzində satılıb qurtarmışdı.

O zamandan bəri “Beyond Meat” şirkəti məhsulun yaxşılaşdırılması üzərində çalışır.

Oradan verilən məlumata əsasən, məhsul əsl ətdən seçilməyəcək.