Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri KFC ktiptovalyuta (rəqəmsal valyuta) ödənişini qəbul edəcək

KFC ktiptovalyuta (rəqəmsal valyuta) ödənişini qəbul edəcək

327
Paylaş

Bu həftədən etibarən, Venesuelada yerləşən KFC restoranlar şəbəkəsi Dash ktiptovalyuta ödənişini qəbul edəcək. Başlanğıcda bu yenilik yalnız Venesuelanın paytaxtında, Karakasdakı KFC-ə tətbiq olunacaq. Sonra isə ölkənin digər 24 yaşayış məntəqəsinin bu yeni ödəniş sisteminə keçməsi planlaşdırılır.

Dush Help, Dash Merchant Venezuela və Dash Text həmtəsisçisi olan Alexandro Eçeverria, artıq 3 aydır ki KFC ilə rəqəmsal valyutanın ölkədə daha geniş miqyas alması üçün əməkdaşlıq edir.

Eçeverrinin sözlərinə görə, Venesuelada 2445 nəfər ticarətçi artıq rəqəmsal valyutanı qəbul etməyə başlayıb və bu son deyil.

Dash Venesuelada artıq çoxdan məşhur olmağa başlayıb. Əvvəllər, bu  kriptovalyuta yalnız ailə müəssisələri və food – track -lar tərəfindən qəbul edilirdi. İndi isə bu yeniliyə  daha böyük şirkətlər öz marağını göstərməyə başlayıb.

Eçeverria həmçinin qeyd edir ki, bu il ölkədə inflyasiyanın səviyyəsi  əhalinin daha tez-tez kriptovalyutaya müraciət etməsinə gətirib çıxaracaq.