Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri KFC ABŞ-da Beyond Meat-in bitki tərkibli “toyuq” naggetlərini satacaq

KFC ABŞ-da Beyond Meat-in bitki tərkibli “toyuq” naggetlərini satacaq

223
Paylaş

Qəlyanaltı qida restoranları şəbəkəsi KFC süni ət istahsalçısı Beyond Meat-in bitki tərkibli naggetləri və qanadlarını satmağa başlayacaq. Forbes yazır ki, sınaq KFC-nin Atlantadakı bir qurumunda baş tutacaq və 2019-cu ilin  27 avqustunda başlayacaq. Nə qədər davam edəcəyi açıqlanmır.

Business Insider qeyd edir ki, şirkət məhsulu bir neçə yerdə yoxsa ABŞ –ın bütün şəbəkələrində satmaqla bağlı qərara gəlməzdən öncə ziyarət edənlərin fikrini öyrənmək istəyir.

KCF naggetlərin dörd ədədini 1,99 dollara satacaq. Qanadların isə 6 ədədi 6 dollar, 12 ədədi isə 12 dollar olacaq.