Əsas səhifə Biznes Keyslər Keys Chubbies: Stenford məzunları retro şortlar istehsal etməyə başladılar və 16...

Keys Chubbies: Stenford məzunları retro şortlar istehsal etməyə başladılar və 16 milyon dollardan çox cəlb etdilər.

612
Paylaş

Çimərlik geyimləri bazarında qızlar üçün çox sayda marka tapa bilərsiniz. Tək Instagram yüzlərlə qadın çimərlik geyimlərini reklam edən müxtəlif səhfələr ilə  doludur. Bəs kişilər? Təsisçilər bu fürsəti gördülər və Chubbies yaratdılar.

«Əlavə dəyər» layihəsi çərçivəsində Mikhail Prikhodko həftədə bir neçə dəfə marketinq siyasətinə yaradıcı bir yanaşma  sayəsində gənc şirkətlərin sadə məhsul üzərində necə böyük biznes qurduqları haqqında danışır.

Təqdimat

  • Veb səhifə: chubbiesshorts.com.
  • Başlanğıc ili: 2011.
  • Biznes bu gün: 2016-cı ildə 16 milyon dollar investisiya cəlb edib. Gəlir haqqında  rəqəm yoxdur.
  • İşçilərin sayı: təxminən 50.
  • Kariyerin başında qurucuların  yaşı: təxminən 25 yaş.
  • Təsisçilərin əvvəlki fəaliyyəti: geyim istehsalında iş.

İmkan

Chubbiesin gələcək təsisçiləri Kyle Henty, Rainer Castillo, Preston Rutherford və Tom Montgomeryin universitetdə birlikdə təhsil alıblar. Tələbə illərində onlar ikinci əl mağazalardan və xeyriyyə mağazalarından köhnə retro-üslubunda şort almağı xoşluyurdular.

Uşaqlar bu zərif paltar parçası sayəsində həmişə digərlərindən seçiliblər. Şəxsi iş açmaq lazımdır sualı yarandıqdan sonra, uşaqlar uzun düşünməyiblər və kişilərin yüksək keyfiyyətli yeni şort ala bilmədiklərini,istər bu  retro tərz və ya  sadə bir rəngli şort olsun, başa düşdülər.

 

Chubbies yalnız bir mövzu üzərində dayanmırdı, böyük bir auditoriyaya çatmaq məcburiyyətində idilər, buna görə də uşaqlar eyni zamanda çiçəklər, bayraqlar və heyvanlar ilə parlaq şortlar və klassik şortlar  hazırladılar.

Necə başladılar

Dörd qurucu Stenfordda  tanış olublar. Məzuniyyətdən sonra, uşaqlar ferqli sahələrdə çalışmağa başlayıblar: pərakəndə sektorunda  klasik vəzifələrdən başlayaraq  startuplara qədər. Stenfordda təhsil alan zaman  Kyle, Rainer, Preston və Tom xeyriyyə mağazalarından retro-üslublu qısa şortları geyinirdilər .

2011-ci ildə universitetdən məzun olduqdan bir neçə il sonra dörd uşaq muzdlu işdə kifayət qədər işlədiklərini  və öz şirkətlərini yaratmaq vaxtının gəldiyini başa düşüblər. Onlar tələbəlik illərində geyinmək istədikləri qısa şortları  satmağa qərar verdilər. Montgomery bildirir -«Biz hamımız öz işimizə başlamaq və ifadəli, məzəli bir şey  istehsal etmək istəyirdik».

Kişilərin şortlarının istehsalını test etmək üçün Chubbies-in təsisçiləri bir neçə cüt şort istehsal etdilər və onları ABŞ-ın Müstəqillik Günü münasibətilə Taxo gölünə aparıblar. Qırmızı, ağ və ya mavi şortları olan insanlar arasında Kyle, Rainer, Preston və Tom, Chubbies-dan olan şortlarla digərlərindən fərqlənirdilər.

Montgomery deyir: «Biz dərhal şortlarımızın insanlara necə təəssürat göstərdiyini gördük». Qurucuların söylədiklərinə görə, o gün Taxo gölündə insanlar onlara yaxınlaşaraq deyirmişlər:« Bu şortlar gördüyüm ən yaxşı şeydir».

Həmin gün, çimərlikdə, uşaqlar özləri ilə apardıqları bir neçə cüt şortu satıblar. Montgomery deyir:«Məhz  burada məhsulun gerçək bir sensasiya meydana gətirdiyini təsbit etdik».

Uşaqlar evə döndükdən sonra  veb-saytı hazırlayıb bir neçə yüz cüt şort tikdilər. 2011-ci ilin sentyabrında Chubbies saytını işə saldı. Ən başından şirkət sifarşlərin içində boğuldu: «İlk gündən bəri markamızın ətrafında bir çox danışıqlar olduğunu gördük», Montgomery deyir.

Castillo dörd il Gap-ta işləmişdi, kişilərə şalvar və şort  satan xətdə. Sonra Levi-nin məhsul inkişafı ilə məşğul olub. Hensi analitik vəzifəsində çalışıb və intranet satışları ilə məşğul olmuşdur. Montgomery IDG Ventures ilə işləyirdi. Hər halda, bütün qurucuların geyim istehsalında təcrübəsi var idi və müştəriləri İnternetə cəlb etmək mexanizmlərini yaxşı bilirdilər.

Chubbies sentyabr ayında işə düşdü. Qurucular dərhal ilk sərfəli mövsümün başlanğıcı olan mart ayına hazırlaşmağa başladı. Bahar və yaz satışlarının müvəffəqiyyətli olmasına əmin olmaq üçün, uşaqlar  tələbə klublarına e-məktub göndərdilər.

Bu gün Chubbies şirkət nümayəndələrinin bir proqramı var. Proqramda yüz kollec iştirak edir. Birləşmiş Ştatlarda hər hansı bir böyük kampus ətrafında gəzmək istəyirsinizsə, mütləq Chubbies şortlarında ən azı bir neçə uşaq görəcəksiniz.

Kyle, Rainer, Preston və Tom tələb olunan cüt şort almaq üçün bütün pullarını sərf etdi. «Biz mart ayına qədər kifayət qədər olacağını düşündük, amma bir neçə gün ərzində hamısını satıldıq», – Montqomeri deyir.

2012-ci ilin oktyabrında Chubbies Rothenberg Ventures-dan alınmış sərmayələrin məbləğini açıqladı. 2014-cü ilin aprel ayında şirkət, Thrillist direktoru Ben Lerer, Rothenberg Ventures, Trunk Klubu Brian Spaly, IDG Ventures ABŞ və digərləri tərəfindən 4,4 milyon dollar aldığını söylədi. Ümumilikdə, şirkətin  təxminən 9 investoru var.

Chubbies internet marketinqində fəal iştirak edir və sosial şəbəkələrlə yaxşı işləyir. Araşdırmalar göstərir ki, millenialın 92% Facebookda oturur . Chubbies hədəf auditoriyası 18 -30 yaş arası kişilərdir, bu səbəbdən, şirkət dərhal sosial şəbəkələrlə işin çox olacağını  gördü.

Chubbies  böyük media şirkəti Thrillist Media Group-dan xüsusi və işıqlı bir məzmun yaratmaq üçün xüsusi redaktorlar işə götürdü.

«Məzmun bazarda işləməyə imkan verən həyat mənbəyidir və mən düşünürəm ki bunun arxasında  gələcək dayanır», – Montqomeri deyir.

Chubbies markasının necə qebul ediləcəyinə xüsusi diqqət yetirir. Chubbies-in xüsusi əlyazması hər yerdə görülə bilər: məhsulun  paketindən sifarişi  təsdiq edən məktublarına qədər.

Chubbies Instagramda parlaq profili saxlayır. Şirkətin siyasəti: «Müştərinizdən qəhrəman yaradın». Chubbies səhifəsində Chubbies şortlarında, motosikletçilərin,  atletlərin və  dalğıcların fotoşəkillərini tapa bilərsiniz.

Şirkət bu gün

Şortdan əlavə, bu gün Chubbies köynək, t-shirt, gödəkçə və yun köynəkər istehsal edir.