Keçmiş santexnika ustası karbonu sabuna çevirən startap yaradıb

Date:

Paylaş:

Kanadadan olan keçmiş santexnik CleanO2 startapını yaradıb. Bu elə bir aparatdır ki, karbon qazını sabuna və digər gigiyena vasitələrinə çevirə bilir. Bu barədə CBC yazır.

Startapın qurucusu Jason Cardiff sənaye sobalarından və qazanxanalardan çıxan karbon tullantılarını kalium duzuna çevirən xüsusi maşın hazırlayıb. Onlar sabunda, yuyucu vasitələrdə, kənd təsərrüfatı sektorunda və dərman sənayesində istifadə olunurlar.

Cardiff-in işi CARBiNX adlanır –  konsepsiyasını 2005-ci ildə santexnik işlədiyi vaxt düşünüb. O vaxtdan sahibkar kimyəvi qaz emalı prosesini təkmilləşdirmək və öz qurğularının satışı biznesini açmaq qərarına gəlib. Jason-nun CleanO2 startapının satdığı CARBiNX təxminən iki standart ölçülü soyuducu təsiri bağışlayır.

CARBiNX atmosferdəki karbonu azaltmağa kömək edir. Startapçı deyir: “ Əgər siz eviniz və ya istilik üçün təbii qaz istəyirsinizsə sizə bu enerji mənbəyi ilə bağlı olan tullantları azaldan cihaz lazımdır. CARBiNX bunda sizə kömək edəcək”.

Hal-hazırda CleanO2 Alberte və Britaniya Kolumbiyasında müxtəlif obyektlərdə 14 CARBiNX aparatı quraşdırıb. Bundan başqa bura məktəb, yaşayış kompleksi, sənaye obyekti və elektrostansiya da daxildir. Avqustda CleanO2 , Tundra Processing Systems (TPS)-lə CARBiNX satışı və xidmətləri üzrə razılıq imzalayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...