Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Keçmiş “Nissan” rəhbəri ev dustaqlığına buraxılacaq

Keçmiş “Nissan” rəhbəri ev dustaqlığına buraxılacaq

165
Paylaş

Tokionun əyalət məhkəməsi hazırda həbsdə olan “Nissan”, “Mitsubishi” və “Renault” avtokonsernlərinin keçmiş rəhbəri Karlos Qonun girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qon bu gün ərzində 4,5 mln. ABŞ dolları müqabilində ev dustaqlığına buraxılacaq.

Xtırladaq ki, Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olunub.