Keçmiş deputatın şirkəti cərimələnib

Date:

Paylaş:

“Tağıyev şirkəti” inzibati qaydada cərimə edilib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə, hüquqi şəxslər üçün beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərə tutulub.

Nərimanov Rayon Məhkəməsinin 19 iyun tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Avropa Qapıları” adı ilə qapı, pəncərə, ev, ofis və bağ evləri üçün quraşdırılmış mebellər, plastik və dəmir məhsullar satan “Tağıyev Şirkəti”nın sabiq deputat Baba Tağıyevə məxsus olduğu bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...