Əsas səhifə Hüquqi məsələlər Keçmiş biznes ortaqlarının işi məhkəmədə – 1 milyon dollar istənilir

Keçmiş biznes ortaqlarının işi məhkəmədə – 1 milyon dollar istənilir

39
Paylaş

Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia irəli sürüb.

A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon dollar borcunun  olduğunu bildirib.

Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.

Qafqazinfo