“Kaspersky Lab” şifrə ilə vacib sənədləri qorumağa imkan verən yeni proqram hazırlayıb

Date:

Paylaş:

“Kaspersky Lab” şirkəti “Kaspersky Password Manager” proqramının yeni versiyasını istifadəyə verib.

Şirkətdən “Report”a verilən məlumata görə, məhsul təkcə hesabların loqin və şifrələrini deyil, həmçinin vacib sənədlərin skan və şəkillərini, eyni zamanda PDF faylların təhlükəsiz qorunmasını təmin edəcək.

Bundan başqa, proqram istifadəçilərə sənədləri yükləyərkən onları lazımi kateqoriyaya daxil etmək imkanı verir ki, bu da, öz növbəsində, məlumatın axtarışını asanlaşdırır.

Şifrələrın güvənliyinin yoxlanılması yeni tətbiq olunmuş funksiyalardan biridir. “Kaspersky Password Manager”in yeni funksiyası qorunan şifrə sızdırıldıqda və ya açıq istifadəyə çıxarıldıqda şifrə sahibinə bu barədə məlumat verir.

“Kaspersky Password Manager” istifadəçinin yaratdığı şifrənin etibarlılığını və dayanıqlığını avtomatik olaraq sınayır, asan şifrələrin oğurlanmasının qarşısını almaq üçün yeni çətinləşdirilmiş şifrələr yaradır. Yeni yaradılmış məhsul “Windows”, “Mac”, “Android”, “iOS” əməliyyat sistemləri tərəfindən dəstəklənir. “Kaspersky Password Manager” proqramına daxil edilmiş məlumatlar istifadəçinin bütün cihazlarında və “My Kaspersky”nin veb versiyasında sinxron olaraq işləyir.

Proqram ödənişli və ödənişsiz olmaqla 2 versiyada təklif olunur. Funksional olaraq hər 2 versiya eynidir. Yeganə fərq qeydlərin sayındadır. Belə ki, ödənişsiz versiyada ancaq 15 qeyd qoruna bildiyi halda, ödənişli versiyada qeydlərin sayına məhdudiyyət qoyulmayıb.

“Kaspersky Password Manager”in yenilənmiş versiyası ilə tanış olmaq, həmçinin həllin ödənişsiz baza versiyasını yükləmək və ya ödənişli versiyasını əldə etmək üçün aşağıdakı linkə keçid edin:

https://www.kaspersky.ru/password-manager.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...