Fransanın ən zəngin sahibkarı və Christian Dior sahibinin yaradıcı insanlar ilə işləmək xüsusiyyətləri, biznesdə marağın rolu və Dom Perignonun Apple üzərindəki üstünlüyü haqqında dedikləri.
Bernard Arno «kaşmirdə qurd» adlanır. Keçmiş mühəndis və qurucu, bu gün o, Dom Perignon şampan və Louis Vuitton moda markasından tutmuş Sephora parfüm zəncirinə və saat istehsalçısı Tag Heuerə qədər- on yeddi lüks markanı birləşdirən LVMH holdinqinin (Moët Hennessy – Louis Vuitton) sahibidir.
Arno lüks, qlamur və parıltılı yoluna 1980-ci ildə moda evi Christian Diorun əsas aktivi olan, kasıbçılıq içində fəaliyyət göstərən tekstil firması Boussası satın alaraq başlayıb. Bir neçə il ərzində LVMH Holdinqin nəzarətini qazanmağı bacarıb və o gündən etibarən lüks brendləri partiyalarla almağa başlayıb və bu günə qədər bu prossesi davam etdirir. Ötən il Arno Christian Diorun səhmlərinin 25.9% € 12 milyarda alaraq 100%lik paya sahib olub. Bu əməliyyat və onun müşayiət edən kotirovkalar Arnonun $ 30 milyard dəyərində varlanmasına imkan yaratdı: bu il $ 72 milyard sərvəti ilə fransanın ən varlı sahibkarı və Forbes sıralamasında milyarderlərinin dünya reytinqində dördüncü yeri tutdu. Lakin, biznesmenin müvəffəqiyyətin sirri uğurlu birləşmə və satın almalar deyil – «yaradıcılıq üçün ehtiras»- kimi söz LVMH-in maliyyə sənədləri, mənfəət və zərər haqqında hesabatlar qədər çox vacibdir. 1990-cı illərin ortalarında gənc moda dizayneri John Gallianoda yüksələn bir ulduz görən Arno, onun yardımı ilə Christian Dioru yenidən yaratdı. Forbes «kaşmirdə qurd»-un ən parlaq fikirlərini yada salıb.
Burada kiçik paradoks var. Fərqli xasiyyətli insanların necə görüşdükləri- yaradıcı şəxsiyyətlər və təşkilatçılar, su və yanğın kimidilər. Ancaq irəliləyiş ziddiyyətdən yaranır. Və onlar bəzi sahələrdə, məsələn, butiklərin dizaynı və ya obraz və şəkillərin yaradılması üçün qarşılıqlı fəaliyyət göstərirlər. Və mən bu qarşılıqlı əyləncəli və həvəsləndirici tapıram.
Bizdə hər şey yanlışdır. İlk növbədə, biz CAC40-dan (Fransa fond birjasının indeksi -Forbes) ibarət olan böyük bir şirkətik, biz güclü nəticələrə sahibik və biz işçılər götürdükçə özümüzə pis edirik. Şirkətə qoşulduğumda-20 min nəfər var idi, indi isə -120 min nəfər var.
Fransadan olan siyasətçilərə müraciət etmək istəyirəm … Onlardan bir çoxu qloballaşmaya qarşıydı, amma qrupumuzda etdiyimiz şey qloballaşmanın mənfi təsirlərinin əksinədir. Biz İtaliyada və Fransada istehsal edirik və Çində satırıq, ancaq çox vaxt əksinə olur.
Hər gün sənət adamları ilə iş görürəm, amma müvəffəqiyyətimiz yaradıcı insanlar ilə ünsiyyət qura bilməyimizdir. Eyni zamanda, bütün vəzifələri yerinə yetirən çox güclü idarəetmə qrupumuz var və rasional həyatın yaradıcıllıqla olan gündəlik qarşıdurması bizə gördüyünüz nəticəni verir.
Biz istək və xoşbəxtlik yaradırıq – bu bizim işimizdir. Müştərilərimizin əksəriyyəti çox işləyən və çox çalışanlar və özlərini razı salmaq istəyən insanlardır, onlar həqiqətən zövq aldıqları bir şey almaq istədikləri üçün onları cəlb etməklərini istəyirlər. Müştərilərimizə daim sürpriz etmək lazımdır. Onlara «Vau!» dediktirə biləcəyimizi müstəsna məhsullar yaratmalıyıq. Bu yenidir, maraqlıdır, gözəldir. Mən bunu həqiqətən istəyirəm». Əgər biz bunu etməsək, mağazalarımıza gəlməyəcəklər.
Əgər marketinqə başlasaq, artıq lüks sənayesində işləməyəcəyik.
Ailəli olduğunuzda iki əhəmiyyətli üstünlük var. Birincisi, uzun müddətli perspektiva üçün düşünə bilərsiniz. Bir çox sayda şirkət davamlı olaraq dəyişikliklərdən keçirlər. Xüsusilə davamlı olaraq növbəti rübün rəqəmləri haqqında düşünmək məcburiyyətində olduğunuz ABŞ-da.
Mən həmişə komandama növbəti altı ayın rəqəmləri ilə maraqlanmadığımı bildirirəm. Mənə markanın ehtirasının önümüzdəki 10 il üçün eyni qalması maraqlandırdığını bildirirəm.
İnsanların mənə bu qədər çox brendi birləşdirməməyimi dediklərini xatırlayıram.Uğur məhz bundaydı. Və hər kəs bunu qəbul etdi. Son on il ərzində rəqiblər bizi kopyalamağa çalışıblar – bu bizə məmnunluq hiss etdirir. Onlarda alınmır, lakin onlar çalışırlar.
Məndə e-poçt yoxdur, yalnız telefon. Heç vaxt mesaj yazmayacağam, yalnız zəng.
Bir dəfə Nyu-York hava limanında taksi sifariş verdim və taksi sürücüsü mənim Fransız olduğumu başa düşdü. Mən ondan Fransada olub-olmadığını və prezidentin kimin olduğunu soruşdum. Başını yox deyərək sarsıtdı və dedi: «Amma Christian Dioru tanıyıram».Bax bu zaman toxum kökləri məndə sürətlənməyə başladı.
Dioru ala biləcəyimi öyrəndiyimdə Nyu-Yorkda idim, «Konkorda» otururdum və böyük bir şeyin baş verəcəyini hiss edirdim. Məhz bu zaman dünyanın lüks sənayesində ən böyük şirkət quracağımı başa düşdüm.
Biznes- çox maraqlı bir şeydir. Böyük bir müqaviləyə bir addəm qaldığınız anlar olur, ancaq hələ də gərçək olacağına tamamilə əmin olmursuz… Və sonra həmin an gəlir , etdiyiniz razılaşma, yaşayır və heç kimin gözləmədiyi bir istiqamətdə inkişaf edir. Louis Vuittonu satın aldığımda, hər kəs belə dedi: «Şirkət artıq böyükdür, bundan başqa nə edə bilərsiniz?» O zamandan bəri, müvəffəqiyyətimizi on dəfə artırdıq.
Pul -mənim etdiyim işlərin bir nəticəsidir. Həqiqət ondadır ki,pul əksəriyyət şirkətin içindədir. Və bunlar mənim sabah gedib istədiyim hər şeyi satın almağa və ya kazinoya gedib dolandırılmağa imkan verəcək məbləğlər deyil.
İnanıram ki, [məşhur olmaq] həm də peşəkar baxımdan təhlükəlidir. İşlər yaxşı getdikcə hər şey yaxşıdır, hər kəs sənə nə qədər əla olduğunu deyir, amma bir şeylər yolunda getməyəndə insanlar üzünüzə gülməyə başlıyırlar. Bu səbəbdən belə məsələlərdə çox diqqətli oluram. Mən əlavə edəcəyəm ki, şöhrət mənim üçün dəyər daşımır. Bir siyasətçi olsam yaxşı olardı amma siyasətçi deyiləm. Məni maraqlandıran özümü deyil , markalarımızı tanıtmaqdır.
Həqiqətən sevdiyim şey mağazalara gizli şəkildə gedib və insanlara xidmət etməkdir. Bunu xaricdə, xüsusilə də Yaponiyada edirəm və heç kim məni tanımır.Satıcılar həmişə buna təəccüblənirlər. Bu həm də nəyin işləyib-işləmədiyini görmək imkanı yaradır.
Mən sənayəmizi başqaları ilə həmişə müqayisə edirəm. Apple və iPhone şirkətlərini çox sevirəm … Ancaq 20 il sonrda insanların iPhone-lardan istifadə edəcəklərini söyləyə bilərsiniz? Bəlkə də istifadə etməyəcəklər. Bəlkə bizim daha yenilikçi bir məhsulumuz olacaq. Ancaq deyə bilərəm ki, 20 il sonrada insanlar Dom Perignon içməyə davam edəcəklər.