Əsas səhifə Xəbərlər Digər xəbərlər Karyera imkanlarına görə optimistlərin olduğu ölkələrin adları açıqlanıb

Karyera imkanlarına görə optimistlərin olduğu ölkələrin adları açıqlanıb

23
Paylaş

LinkedIn işgüzar əlaqələr sosial şəbəkəsi bütün dünya üzrə peşə problemlərini və işçilərin perspektivlərini əks etdirən beynəlxalq karyera imkanları reytinqini tərtib edib. Siyahıya inkişaf edən Asiya ölkələri başçılıq ediblər.

LinkedIn şirkəti 22 ölkədən olan 30 mindən çox 18-65 yaş arası işçi arasında sorğu keçirib. İşçilərin optimistliyini qiymətləndirmək üçün sosial şəbəkə 7 göstəricini əsas götürüb. Bura, gələn il ərzində ölkə iqtidsadiyyatından gözləntilər, maddi vəziyyət və valideynlərlə müqayisədə həyat keyfiyyəti kimi göstəricilər daxildir.

Birinci yeri orta 100-lük göstərici ilə 121 balla  Hindistan tutub. Ardınca İndoneziya (117) və Çin (116) gəlir. Bu ölkələrdə insanlar artan əmək bazarlarına və iqtisadi perspektivlərə inamlıdırlar. Lider-ölkələrin yetkin sakinlərinin 50%-i, milleniallarının isə 47%-i deyiblər ki, yerli iqtisadiyyatın təkmilləşməsini gözləyirlər və bu da onların karyera imkanlarını genişləndirməlidir.

LinkedIn-in nəticələri Asiya-Sakit Okeanı regionunun pozitiv iqtisadi perspektivlərini əks etdirir. Ümumdünya İqtisadi Forumunun məlumatına əsasən, Hindistan və Çində inkişafın zəifləməsinə baxmayaraq, region ÜDM həcminə görə dünyanın qalan hissəsini üstələməlidir.

“İnkişaf etmiş bazarlarla inkişaf etməkdə olan bazarlar arasındakı ziddiyyətli optimizm səviyyəsi belə düşünməyimizə əsas verir ki, inkişaf etmiş ölkələrdəki insanlar, bazarlarının  tam iqtisadi artıma çatdığını düşünürlər” – deyə, LinkedIn-in  Asiya-Sakit Okeanı regionundakı idarəçi direktoru bildirir.

CNBC qeyd edir ki, ABŞ qərb ölkələri arasında  optimizm reytinqinə, davamlı iqtisadi artım və güclü əmək bazarı sayəsində rəhbərlik edib. Orta və ya ortadan aşağı optimizm səviyyəsinə görə digər iri iqtisadi ölkələr Kanada (98), Sinqapur (95) və Böyük Britaniya (91)-dır. Yaponiya 80 bal qazanıb.

Bütün ölkələr üzrə sorğuda iştirak edənlərin hamısı karyera yüksəlişi üçün eyni maneələri deyiblər. Bunlar maliyyə resursları, yaş və əmək bazarındakı problemlərdir. Qlobal  Ted Trends 2020 hesabatına görə, HR-menecerlərin 89%-i belə hesab edir ki, fərqli nəsillərdən olan insanlar komandası daha uğurludur nəinki, eyni yaş tərkibli olanı.