Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

602
Paylaş

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

““Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin”, – qərarda deyilir.

Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.

Bu qərar dərc edildiyi gündən ( 05.09.2018) qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qərar “təzə, yanvarın 1-dən iyunun 30-dək” və “digər” mal nomenklaturası üzrə idxala şamil olunur.

Qərardan sonra, xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.

 

    
XİF MN üzrə kodMal mövqelərinin adlarıƏlavə ölçü vahidiTarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)
1234
0701Təzə və ya soyudulmuş kartof:  
0701 10 000– toxumluq:  
0701 10 000 1– – mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə0
0701 10 000 9– – digər aylar üzrə15
0701 90– digər:  
0701 90 100 0– – nişasta istehsalı üçün15
 – – digər:  
0701 90 500 0– – – təzə, yanvarın 1-dən iyunun 30-dək30
0701 90 900 0– – – digər30