Dizayner Karl Lagerfeld’in 3000 dollarlıq qələm dəsti ilə tanış olun.
Məşhur dizayner Karl Lagerfeld ilə Alman şirkəti Faber-Castellin ortaqlığı ilə sənətsevərlər üçün qələm dəsti yaradılıb. Karlbox olaraq bazara çıxarılan dəst Lagerfeld’in fərdi olaraq seçdiyi qələmlərdən ibarətdir.
3233 dollara satılan qələm dəstinin içində 350 ədəd qələm var. Bunlardan 120 ədədi sulu boya qələmidir.
Məhdud sayda olan dəstdən yalnız 2.500 ədəd satışa çıxarılıb.