Əsas səhifə Biznes Milyarder Karl Aykanın uğur hekayəsi

Karl Aykanın uğur hekayəsi

Billionaire activist investor Carl Icahn attends the Leveraged Finance Fights Melanoma charity event in New York, U.S., on Tuesday, May 19, 2015. Lyft Inc. is worth more than its recent $2 billion valuation, based on the $50 billion value of larger car-hailing rival Uber Technologies Inc., Icahn said, after he led a fundraising round at Lyft last week. Photographer: Victor J. Blue/Bloomberg via Getty Images

Karl Aykanın atası onun nüfuzlu məktəbə daxil olmasına icazə vermədi. Aykan böyüdü və istədiyi hər şeyi əldə edə biləcəyini  sübut etdi. Ondan qorxurlar, nifrət edirlər, onu investorməzarçı hesab edirlər. Aykanın səhmlərin cüzi bir hissəsini satın aldığını öyrənincə, şirkətin menecerləri və təsisçiləri, bir qayda olaraq, daha yüksək qiymətə səhmlərin geri qaytarılmasına üstünlük verirlər.

Böyük bir sərvət qazanmaq asan deyil, amma onu saxlamaq daha çətindir və daha da çətini qazanılmış sərvəti çoxaltmaqdır. İnvestbankçılar və analitiklər Forbes-ə dünyanın ən zəngin insanın necə uğur əldə etdiyini və onların investisiya strategiyaları və iş aparma yolları ilə necə fərqləndiyini izah ediblər. Dördüncü epizodun qəhrəmanı Karl Aykandır, hər hansı bir şirkətin qorxduğu bir investordur.

«Həyatda və işdə iki ölümcül səhv var … Birincisi düşünmədən tələsik davranmaq, ikincisi isə heç bir hərəkət etməmək». – Karl Aykan

Karl Aykana heyran da olmaq olar, ondan nifrət də etmək olar, amma təhlükəli bir ailənin kasıb bir uşağından dünyanın ən zəngin insanlardan birinə aldığı yol hörmətə layiqdir.

Layihəmizin bir çox qəhrəmanından fərqli olaraq, Karl Aykan imtiyazlı ailədə doğulmayıb. Onun həyat yolunu müstəqil seçə bilməsi üçün belə bir  lüksü yox idi. Əksinə, Vudmor  elit məktəbi onu qəbul edərkən və təhsil haqqını belə tam ödəyəmə  hazırkən , Aykanın atası, oğlunun öz yerini bilməsi üçün  oğlunu dövlət məktəbinə göndərib.Aykanın atası, uğursuz opera müğənnisi  idi, amma musiqini o qədər sevirdiki, sinaqoqda kantor kimi işə düzəlmişdi ,halbuki o, ateist idi.

Karl Aykanın bu cür dünyanın qapısı açıldığı anda  birdən-birə bütün imkanları əldən verdiyində hiss etdiyini təsəvvür etmək çətindir, amma o, atasının bu hərəkətini  heç vaxt bağışlamadı. Yəqin ki, əgər o bu cür uşaqlıq dövrü keçirməsəydi, onda  şiddət və həqiqətən nələr edə biləcəyini  hər kəsə sübüt etmək istəyi doğulmazdı,və əldə etdiklərini bəlkədə əldə edə bilməzdi. Əlli il sonra danışıqların qızğın vaxtında, Karl Aykan Vudmorda təhsil almasa belə  milyarder olduğunu bildirib.

İntellektual qabiliyyətli Aykan ən məşhur universitetlərindən biri olan Princetona daxil olub. O, təhsil haqqını ödəmək üçün poker oynamaq məcburiyyətində idi və o, bir qayda olaraq, sinif yoldaşlarına qarşı qazanırdı. Bundan sonra Aykan onları çətin bir investisiya işində də məğlub edəcək. Bir çox Wall Streetin köpəkbalığı ,maliyyə fırıldaqçılığı və bazar manipulyasiyası səbəbindən həbsxanaya gedəcək, lakin Karl deyil. İxtisasca bir filosof olan  Aykan, korporativ reidin və ya ,onun daha çox sevdiyi kimi, səhmdar aktivizminin kralı olacaq.

Səhmlərə sərmayə qoymaq üçün müxtəlif yanaşmalar mövcuddur: satın alıb və dərhal  satmaq, satın almaq və saxlamaq. Hər halda, səhmləri alaraq siz səhmdar olursunuz, şirkətin sahibi olursunuz. Daimi olaraq, bütün səhmdarlar qarşıdan gələn müxtəlif  təyinatlı seçki, qərarlar və s. haqqında bildiriş alırlar. Çoxları bu qarışıqlıqda iştirak etmək istəmədikdə  və sadəcə vaxt tapa bilmədikləri halda, Karl Aykan fəaliyyətə başlayır. Onun strategiyası çox sadədir. Mark Stevens tərəfindən əldə edilən Icahn & Co-nin potensial investorlar manifestində belə yazılıb: «Biz inanırıq ki, payları əhəmiyyətli dərəcədə qiymətləndirməmiş şirkətlərdə mövqeləri qazanmaqla mənfəət əldə edilə bilər, daha sonra gələcək inkişaflara təsir etməyə çalışaraq: a) rəhbərliyin şirkəti «ağ cəngavərə» satılmasını  və ya ləğv edilməsinə inandırması , b) bir proksi- müharibəsinin baş verməsi, c) satınalma təklifləri d) bizim mövqeyimizi şirkətə yenidən  satılması».

Aykanın  ilk investisiyası, qiyməti aktivlərin həcmindən iki dəfə aşağı olan mətbəx texnikası istehsal edən Tappan şirkəti idi.  Aykan potensial investorlarına vəd etdiyi kimi tam fəaliyyət göstərirdi: Tappanın səhmlərini satın almağa başladı, şirkəti  Electrolux-a,  Aykanın səhmlər üçün ödədiyi qiymətdən iki qat daha baha satıldıqdan sonra müharibə yekunlaşdı. Təəccüblü şəkildə, şirkətin təsisçisi Dik Tappan Aykandan çox razı qalmışdı  və onun Icahn & Co şirkətinin investoru  olmuşdu. Ancaq bu epizod qeyri-adi istisna idi.

Dərsliklərdə  tez-tez şirkətin bir çox tərəfləri olduğu haqqında yazılır: səhmdarlar, menecmentlər, işçilər, müştərilər, təchizatçılar və hər birinin  maraqlarını  nəzərə almaq düzgün olardı. Karl Aykanı doğru olanı maraqlandırmır, yalnız bir şey – şəxsi mənfəət maraqlandırır. 1985-ci ildə TWA-nın  səhmdarı  oldu və altı il sonra Şimali Amerikada ən böyük hava  daşıyıcısı olan şirkəti xarabalıqlara çevirdi. TWA bankrot oldu, çox sayda adam işlərini itirdi, ancaq Aykan, paketini maksimum  qiymətə satmağı bacardı. Məhz  bu müqavilə vasitəsilə Aykan,  Oliver Stone-nun  «Wall Street» filminin parlaq və soyuq qəhrəmanı Qordon Gekkonun prototiplərindən birinə çevrildi.

Və əgər  Warren Buffettin ofisinin divarlarında birja bazarlarında çaxnaşmanın təsirini göstərən portretlər asılırdısa, Aykan zərər çəkmiş şirkətlərin illik hesabatlarını divardan asırdı. Onunla görüşmək istəyənlər, döyüş səhnələri və cinayətləri əks etdirən portretlərlə asılı olan  koridordan  keçməli olacaqlar.

Əlbəttə ki, Karl Aykanın da uğursuzluqları olub, məsələn, Time Warner konqlomeratını parçalaya bilmədi, amma rəqabətsiz bir aktivist kimi onun nüfuzu o qədər böyükdür ki,  çox zaman şirkətlər demək olar ki, dərhal ondan  səhmlərini geri almağa razılaşırlar. Aykan əgər qiymət onu qane edirsə belə bir nəticəyə qarşı deyil. O, hər şeyin uyğun bir qiyməti olduğuna  inanır.

Fond bazarında Karl Aykanın yeni bir şirkətin səhmlərini satın aldığını və ya bir şeydən  çıxdığına dair xəbərləri qaçırmırlar.

Rəy bildir

Please enter your comment!
Please enter your name here