Əsas səhifə Biznes Biznes məqalələri “Kapitalizasiya şərəfinə bayram keçirmək mənə çox iyrənc gəlir”- Satya Nadellanın “Microsoft”a kiçik...

“Kapitalizasiya şərəfinə bayram keçirmək mənə çox iyrənc gəlir”- Satya Nadellanın “Microsoft”a kiçik rəhbərlik tarixçəsi

373

2018 – ci ilin noyabrında “Microsoft” “ Apple”ı kapitalizasiyada ötüb keçdi – şirkət işçilərinin ailələri və dostları bu nailiyyətə görə onları təbrik ediblər. Lakin “Microsoft”un rəhbəri Satya Nadella  bu hadisəni növbəti görüşdə bir dəfə də olsun vurğulamayıb.

51 yaşlı Nadellanın “Microsoft”la bağlı suallar xoşuna gəlmir. O, Bloomberg-ə belə deyib: “ Kiminsə bizim kapitalizasiya şərəfinə bayram təşkil etməsi mənə iyrənc gəlir.”

Nadella israrla qeyd edib ki, şirkətin dəyəri əhəmiyyət daşımır , bayram etmə isə onun fikrincə “sonun başlanğıcı” mənasını verə bilər. 2014-cü ilin fevralından, o, “Microsoft” un baş direktoru olanda şirkətin kapitalizasiyası 230% – dən də çox artıb və 1 trilyon dolları keçib.

  “Bizim “Microsoft”da belə bir pis adət var – irəli getmək imkanından imtina etmək, çünki köhnə günlərin dəhşətlərinə dayanmaq çox rahatdır. Və biz keçmişə baxmamağı öyrənirik.”

         Satya Nadella, “Microsoft”un rəhbəri

Keçmiş rəhbər Steven Ballmer “Microsoft” –dan getdikdən sonra mobil telefonlar, sosial şəbəkələr və axatrış xidmətləri brendlərini ötürən şirkəti aldı və gəlirli olmasına rəğmən yavaş-yavaş durğunlaşan Windows biznesinə güvənirdi.

“Microsoft”un onlarla əməkdaşının, rəhbərinin, müştərilərinin və rəqiblərinin  dediklərinə görə Nadellanın islahatları yaxşı nəticə vermədi. O, Windows-un maliyyələşməsini dayandırdı, Office –i 214 milyon izləyicisi olan ( Spotify və Prime-ın ikisinin birlikdə izləyici sayından çox ) böyük bulud xidmətinə çevirdi, LinkedIn və Github-u aldı və həmçinin, Google-u üstələyən və bazarın lideri Amazon üçün çətinliklər yaradan Azure bulud biznesini yaratdı.

“ Mən texnologiya tarixində bir dənə də olsun işçi-şirkət tanımıram ki,belə bir çətin vəziyyətdə olsun və ondan belə asanlıqla çıxa bilsin”, deyə Netflix-in rəhbəri Reed Hastings bildirib.

“Microsoft”un rəqibləri də Nadellanın uğurlarından təsirləniblər və təşvişə düşüblər. Bloomberg iri rəqib-şirkət “Microsoft”un baş direktorundan Windows qurucularının hazırki vəziyəti barədə nə düşündüyünü soruşanda o, cavabında “Ulduz müharibələri”ndən “İmperi marşı”nı oxumağa başlayıb və bununla da imperiyanın cavab zərbəsi vurmasına işarə edib.

Hind əsilli Nadella sakit təbiətlidir və həmkarlarının dediklərinə görə onun ciddi idarətmə tərzi var və  heç vaxt səsini qaldırmaz. Bürokratiya, eqoizm və hakimiyyət uğrunda daimi mübarizələr içində boğulmaqda olan “Microsoft”a da elə belə biri lazım idi.

Keçmiş rəhbər deyir ki,“Sun Microsystems”dən Nadellanı ona görə uzaqlaşdırdılar ki, komandaya hər şeyi sonuna kimi çatdıran və insanları boş yerə qıcıqlandırmayan biri lazım idi. “Microsoft”da Nadella şəxsi komputerlərin korporativ müştərilərə satılmasından başladı, sonra isə Bing axtarış sisteminin və Azure bulud xidmətinin işlənməsi ilə məşğul oldu.

Ballmer-in xahişi ilə Netflix-in rəhəri Hastings Nadella-nı rəhər təyin etdi. Hələ Ballmer getməmişdən qabaq Microsoft-un gələcək rəhbəri  Netflix-in ofisinə gəldi və idarəçilik proseslərini izlədi.

Nadellanın Azure bulud biznesinin inkişafı və məhsulların qutu versiyasının satışı (onları onsuz da piratlar oğurlayıblar) yerinə digər şirkətlər üçün platforma yaratmaq barədə planı, Bill Gates və  idarə heyətini qalan baş direktorluğa 99 namizədin variantından daha çox təsirləndirdi.

Rəhbərliyinin ilk vaxtlarında Nadellanı, onun planlarını əvvəlcə bəyənən amma sonra büdcələrinin Windows məhsullarına əsaslandığını başa düşən top-menecerlər narahat eməyə başladılar. Sonra isə o top-menecerləri yığdı və onları başa saldı ki, “Microsoft”un strukturuna şikayətçiləri deyil, qərarlı olanları qəbul edəcəklər. Razı olmayanlara şirkətdə qalmamağı və irəli hərəkət etməyi məsləhət gördü. Bu əlavə çaxnaşmalar olmadan dəqiq qərarlar qəbul etməyə imkan verdi.

Nadellanın ilk böyük qərarlarından biri, Nokianın alışından gələn 7,6 milyard dollar zərərin qeyd edilməsi  və 7,8 min insanın uzaqlaşdırılması oldu. Onun ilk böyük elanı İOS üçün Office tətbiqi ilə bağlı oldu, lakin şirkət onu istifadəyə vermədi, çunki bununla Windows şəxsi komputerlərinin satışının azalacağından qorxurdu.

Əməkdaşlara ilk böyük məktubunda Nadella bir dəfə də olsun “Windows”un adını çəkmədi və teliklə bu sözü ümumiyyətlə işlətmədi. “Microsoft”un keçmiş top-meneceri bildirib ki, bunun əvəzində o, daima, bulud və süni intellekt kimi digər yeni texnologiyalardan danışmağa başlayıb.

2016-cı ildə “Micrososft”-un  idarə heyəti şirkətin hələ ki Amazonu buludlar sferasında ötüb keçməməsindən narahatlıq yaşamağa başladı, korporativ proqram təminatı biznesi də sürətlə çökə bilərdi. Nadella  “Windows”-u iki hissəyə ayırdı – onlardan biri Azure-la, digəri isə Office-in işlədiyi bölmə ilə birləşdi.

Nadella həmçinin əməkdaşların və alıcıların sayından asılı olaraq , ənənəvi şəkildə proqram təminatına lisenziya satan satış bölməsinin işini dəyişdi. Ona mühəndis Judson Althoff başçılıq edirdi. Onun komandası üç min işçidən ibarət idi və onlar satış prosesində iştirak edirdilər.

“Siz 10 il Azure-u dağıtdınız, indi onu satmağı yoxlayın” deyə, Nadella “Microsoft”un köhnə əməkdaşı Corrie Sanderslə zarafat edib. Corrie Sanders Althoffun qrupuna daxil idi.

Azure-un gəlirləri barədə dəqiq məlumat yoxdur,lakin ekspertlər onun biznesini müsbət qiymətləndirirlər. Canalys araşdırma şirkətinin açıqlamasına görə 2018-ci ilin sonuna Azure bulud bazarında Amazonun 32%-nə qarşı 17% yer tutub.

Azure-u böyük müştərilərə satan Nadella deyib: “ Biz istəmirik ki, siz əməkdaşlıq barədə platformamızda tətbiq quraşdırılmsı kimi düşünəsiniz. Biz istəyirik ki, siz öz platformanızı yaradasınız”. Bloomberg-ə müsahibəsində “Microsoft”un tərəfdaşları bildiriblər ki, bunu Amazonun bostanına atılan daş hesab edirlər, hərçənd ki, Nadella bunu etiraf etmir.

Onlar deyirlər ki, Jeff Bezos-un şirkəti kiminlə olsa rəqabət aparmağa hazırdır və hətta öz bulud alıcıları ilə belə. Onlardan biri belə deyib: “ Microsoft zövqlə işləyir, lakin bizdə belə bir fikir yaradır ki, Bezos sizin işlərinizə qarışır. Nadella da bildirib ki, onlar istəyərlərmi ki, texnoloji tərəfdaşları birdən onları rəqibinə çevrilsin?”.

Nadellanın şirkəti pilotsuz maşınlar əvəzinə, süni intellekt texnologiyalarıvə analitiklrəin işlənib hazırlanmasına vaxt ayırır.Bununla belə Windows onun səs köməkçisi vasitəsilə reallaşan “Hey, BMW” ifadəsinə cavab verir.

Nadellanın heç də bütün işləri asan getmir. Şirkətin hələ də GitHub, LinkedIn və Xbox kimi dağınıq aktivləri var və onlar hələ uğurlu şirkətlər sırasına qoşula bilmirlər. Hololens-in kommersiya uğularından yaxşı xəbər yoxdur.

Bundan başqa bir çox köhnə məhsullar hələ də Windows-dan kənar qeyri-ideal işləyirlər, bulud xidmətlərinin də bir-biriləri ilə əlaqəsi pisdir. Daxildə də vəziyyət yaxşı deyil, əməkdaşlar top-menecerlər tərəfndən diskriminasiyadan şıkayətlənirlər və Nadella artıq bu məsələ ilə məşğul olur.

Bloomberg belə hesab edir ki, hələ ki, “Microsoft”   dəyişikliklərdən və böhrandan baş çıxara bilir. Nadella əməkdaşlarına deyir ki, şirkət Ballmer-də olduğu kimi, Zune pleyerlərinə cavab kimi “dəb”li versiya dalınca qaçmamalıdır. O deyir:” Biz keçmişdən dərs almışıq və başa düşürük ki, bəli, sən bir şirkət ola bilərsən və sonra öz uğurların hesabına başqa nəsə ilə də məşğul ola bilərsən. Bu belə alınmır”.



Rəy bildir

Please enter your comment!
Please enter your name here