Əsas səhifə Vakansiya Kapital Bank – Xidmət bölməsinin Rəhbəri

    Kapital Bank – Xidmət bölməsinin Rəhbəri

    274
    Paylaş
    Kapital Bank
    Kapital Bank

    Kapital Bank namizədləri Bakı, Cəlilabad, Füzuli, Beyləqan filiallarında Xidmət bölməsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir: Son müraciət: 15.02.2018

    Öhdəliklər

    Əməkdaşları arasında iş bölgüsünü müəyyənləşdirməklə bölmənin işinin təşkil edilməsi;
    Filialda aparılan əməliyyatların uçotuna görə tam məsuliyyət daşımaq;
    Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
    Müştərilərin müraciətlərinə əsasən onlara aid cari hesablar və plastik kartlar üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirilməsi;
    Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışının təşkil edilməsi.

    Tələblər

    Ali təhsil;
    Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
    Yüksək ünsiyyətqurma qabiliyyəti;
    Təzyiqə davamlılıq və operativlik;
    Problemi həll etmə və rəhbərlik bacarığı;
    Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyət
    Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üçün)
    MS Office (Word, Excel) proqramları üzrə biliklər.

    CV-lərinizi, mövzu hissəsində “Xidmət bölməsinin Rəhbəri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.