Xidmət bölməsinin Rəhbəri
Vakansiya haqqında məlumat:Ümumi məlumat
Kapital Bank namizədləri Bakı, Cəlilabad, Füzuli, Beyləqan filiallarında Xidmət bölməsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Əməkdaşları arasında iş bölgüsünü müəyyənləşdirməklə bölmənin işinin təşkil edilməsi;
- Filialda aparılan əməliyyatların uçotuna görə tam məsuliyyət daşımaq;
- Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
- Müştərilərin müraciətlərinə əsasən onlara aid cari hesablar və plastik kartlar üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirilməsi;
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışının təşkil edilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və operativlik;
- Problemi həll etmə və rəhbərlik bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyət
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üçün)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər.
CV-lərinizi, mövzu hissəsində “Xidmət bölməsinin Rəhbəri” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.
___________
Satınalma üzrə Aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Ali iqtisadi təhsil;
- İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır
- Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrrübəsinin olması arzuolunandır
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
- Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə MS Excel və MS Word biliyi.
CV-lərinizi, mövzu hissəsində “Satınalma üzrə Aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
_____________________________
Kassa üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bakı, Yevlax, Sabirabad, Neftçala filiallarının Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Nəğd pulla intensiv işləmə bacarığı
- Gərgin iş qrafikində işləmək bacarığı
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Kassa üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.
_________________________________
Əməliyyat üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bakı, Füzuli, Beyləqan, Mingəçevir, Şəmkir, Neftçala filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Müştərilərə xidmət
- Sürətli pul köçürmə əməliyyatlarının aparılması
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
- Ödəniş kartları üzrə əməliyyatların aparılması
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Gərgin iş qrafikində işləmək bacarığı
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.
____________________
Anbardar
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Anbardar vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Anbara nəzarət və mövcud sistemin idarə olunması
- Anbar sistemində bütün mövcud məhsulların araşdırılması
- Sistemdə mövcud datanın araşdırılması
- Anbarda mövcud olan malların növünə görə düzgün sistemləşdirilməsini təmin etmək
- Gündəlik PO-lar üzrə məhsulların yoxlanılıb təsdiqlənməsi
Tələblər
- Ali təhsil;
- Standart İRP sistemi üzrə təcrübə
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Komandada işləmə bacarığı və dəqiqlik;
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
- Sahə üzrə 2-3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office proqramlarının biliyi
CV-lərinizi, mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
_____________
Müştəri Əlaqələndiricisi
Vakansiya haqqında məlumat:
Müştəri Əlaqələndiricisi (Neftçala, Xaçmaz, Tovuz, Yevlax, Cəlilabad və Şəmkir filialı)
Kapital Bank namizədləri aşağıdakı filiallar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Elektron növbəlilik sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Ödəniş terminalları və Q-matic cihazından istifadə qaydaları haqda məlumatların verilməsi.
Tələblər
- Ali təhsil
- Azərbaycan dilində əla danışmaq qabiliyyəti
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Operativlik və dəqiqlik
- Məsuliyyətlilik və təzyiqə davamlılıq
- MS Office proqramları üzrə biliklər
CV-lərinizi, mövzu hissəsində “Müştəri əlaqələndiricisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.