Kanadaya viza almaq – Kanadada təhsil almaq, yaşamaq, işləmək

Date:

Paylaş:

Kanadaya viza almaq – Kanadada yaşamaq, Kanadada təhsil almaq, Kanadada işləmək, Kanada haqqında ətraflı məlumat.

Kanadaya getmək üçün nə etməli?

kanadaya viza

Dünyada qloballaşma prosesi sürətlə artır. Bu həm iqtisadiyyat, həm də insanların bir ölkədən başqa ölkəyə miqrasiyasında da  özünü göstərir. Hətta elə ölkələr var ki, miqrant qəbulunda da maraqlıdır. Belə ölkələrdən biri də Kanadadır.

Bu ölkənin parlamenti  ölkə vətəndaşlığının alınmasını sadələşdirən qanun layihəsini də müzakirə edir. Belə ki, 2017-ci ildə 300 min miqrantı qəbul etməyi planlaşdıran rəsmi Ottava bu rəqəmi 450 min nəfərə çatdırmağı düşünür. Eyni zamanda vətəndaşlıq almaq üçün tələb olunan ingilis və fransız dili imtahanlarının da aradan qaldırılması təklif olunur.

Turizm.fins.az ölkə vətəndaşlarımızın da Kanadaya maraqlarının artdığını nəzərə alaraq bu ölkəyə miqrasiya qaydalarını təqdim edir.

Məlumat üçün qeyd edək ki, Kanadanın Azərbaycanda səfirliyi olmadığı üçün Azərbaycandan bu ölkəyə miqrasiya etmək istəyənlərin sənədləri toplanaraq Kanadanın Ankaradakı konsulluğuna göndərilir. Bakıda sənədlər Beynəlxalq Miqrasiya Təşkilatında (BMqT) qəbul edilir.

kanadaya getmək kanadaya imiqrasiya kanada səfirliyi kanadaya miqrasiya kanadada yaşamaq kanadada islemek kanadaya getmek kanada sefirliyi bakida

Ekspert Maya Nağıyevanın sözlərinə görə, sənədlər Ankaraya 1 həftə ərzində çatır. Buna səbəb Bakıdan Ankaraya uçuşların həftədə iki dəfə həyata keçirilməsdir. Kanadaya səfər etmək istəyənlər də sənədlərini Kanadanın ölkəmizdəki rəsmi nümayəndəliyi  Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) təqdim etməlidirlər.  Nümayəndəlik Yaşar Hüseynov küçəsi 18, AZ-1069,ünvanında yerləşir.

Viza rüsumlarına gəlincə isə M.Nağıyeva bu məbləğin 120-160 avro aralığında olduğunu bildirdi. Rüsumun məbləğinin dəyişməsi alınan vizanın müddətindən asılır. Qeyd edək ki, viza adətən, 6 aylıq müddətə verilir.

Bundan başqa Kanadaya səfər edən şəxsin bank hesabında ən azı 5 min Kanada dolları (3 779 ABŞ dolları) olmalıdır.

Qeyd edək ki, viza verilməsi və ya imtina edilməsi qərarı yalnız Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Bürosu (IRCC) immiqrasiya məsələləri üzrə məsul əməkdaşları tərəfindən verilir.

Ballar endirildi

Ekspert Azər Allahverənov Kanadaya miqrasiya qaydalarının Avropa ölkələri ilə müqayisədə şərtlərinin elə də sərt olmadığını bildirdi. Ekspertin sözlərinə görə, buna səbəb Kanada hökumətinin  miqrantların hesabına iqtisadi proqramların inkişafına nail olmasıdır. Məhz bu səbəbdən həmin ölkədə hətta miqrasiya proqramlarının olduğu da bildirilir.

A.Allahverənov bu ölkəyə miqrasiya edə bilmək üçün ən əsas şərtlərdən birinin də İngilis və ya Fransız dillərini bilməyin vacib olduğunu bildirdi.  Kanadaya miqrasiya etmək istəyənlərin sənədlərinə və suallara verdikləri cavablara görə müəyyən ballar verilir. Ekspertin sözlərinə görə, indi mininal bal 65 müəyyən edilib. Əvvəllər isə toplanmalı olan bal 75 idi.

Evlilik miqrasiyası

A.Allahverənovun bildirdiyinə görə, əgər Kanada vətəndaşı əcnəbi kişi və ya qadınla ailə həyatı qurursa,  Kanada vətəndaşı olan şəxs ilk 6 ayda əcnəbi şəxsin bütün maliyyə xərclərini qarşılamalıdır.

2016-cı ilin statistikasına görə, Kanadada 36 milyon 286 min insan yaşayır. Onlardan 17 milyon 995 min nəfəri kişi, 18 milyon 290 min nəfəri isə zərif cinsin nümayəndələridir.

Kanadaya miqrasiya

kanadaya getmək kanadaya imiqrasiya kanada səfirliyi kanadaya miqrasiya kanadada yaşamaq kanadada islemek kanadaya getmek kanada sefirliyi bakida

Ekspertin sözlərinə görə, çox vaxt qaçqın kimi Kanadaya miqrasiya etmək istəyənlər problemlərlə üzləşir. Ən əsas da əgər Kanada 3-cü bir ölkə kimi seçilibsə. Misal üçün, əgər Əfqanistan vətəndaşı Avropaya miqrasiya edibsə və buradan da Kanadaya getmək istəyirsə, həmin şəxs sübut etməlidir ki həqiqətən də Avropada olduğu şəhərdə ona qarşı əsassız təqiblər olub.

Kanadada işləmək

A. Allahverənov Kanadada peşələrin xüsusi təsnifatlarının olduğunu bildirdi. Bunlar Zero A, B, C və D kateqoriyalarına bölünüb.

Zero kateqoriyası, əsasən, Kanadada vacib olan peşə sahələrini əhatə edir. Misal olaraq, bura balıq ovlayan gəminin kapitanı kimi vəzifə daxildir. A kateqoriyasına isə həkim, arxitektur və s. bu kimi peşələr daxildir.

Ən sonuncu iş təsnifatını isə D qrupu əhatə edir. Bu qrupa daxil olan işlər neft sektorunda fəhlə, meyvə və tərəvəzlərin çeşidlənməsi kimi işlər aiddir.

Məlumat üçün bildirək ki, Kanadada rəsmi iki dövlət dili var – ingilis və fransız. Yerli əhalinin 67 faizi ingilis, 21,5 faizi fransız dilində danışır. Kanadanın ən böyük şəhərləri isə Toronto, Monreal, Vankuver və Ottavadır.

Ölkənin paytaxtı isə Ottava şəhəridir. 2016-cı ilin statistikasına görə, Kanadada 175 min azərbaycanlı yaşayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...