Kanadalı milyarder Lawrence Stroll Britaniyanın “Aston Martin” şirkətinin səhmlərini böyük bir hissəsini almaq qərarına gəlib. Bu barədə Autocar xəbər verir. Bunun üçün səhmdarlar konsorsiumu yaradılıb.
Stroll-un başçılıq etdiyi konsorsium aşağı səhm qiymətindən faydalanmaq istəyir, belə ki, bununla o, daha çox Aston Martin səhmlərini almaq istəyir.
Qeyd edək ki, Britaniya şirkətinin səhmlərinin 36%-i Adeem/Primewagon (Küveyt) qrupuna, 31%-i InvestIndustrial (İtaliya) fonduna, 4%-i isə Daimler konserninə aiddir. Qalanlarının kimə məxsus olduğu bilinmir.