Kanadada dünyada ilk dəfə elektriklə işləyən təyyarə uçuş edib

Date:

Paylaş:

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

Bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb.

Qeyd edilir ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab” etmiş “MagniX şirkətlərinin birgə fəaliyyəti sayəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.

“(Şirkətlər – red) …bu gün dünyada tamamilə elektriklə işləyən ilk ticarət təyyarəsinin müvəffəqiyyətli uçuşunu elan ediblər. Bu gün səhər Riçmondda (Kanada şəhəri – red.) “Havilland Canada DHC-2 Beaver”markalı təyyarəsinin müvəffəqiyyətli uçuşu reallaşıb”, – deyə xəbərdə bildirilib.

Təyyarənin mühərriki 750 at gücünə malikdir.

“Bu tarix aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır”, – xəbərdə qeyd edilir.

Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...