Kampaniyada vacib olan nədir?

Date:

Paylaş:

Məqsədə istiqamətli kampaniyaların müəssisələr üçün faydalı olub-olmadığı mövzusu insanlar arasında fikir ayrılığı yaratmaqda davam edir.

Bir məqsəd daşıyan kampaniyalar haqqında bir çox müzakirə mövcuddur, bu müzakirələrin çoxuda ağıllı və məlumatlıdır. Reklamverenler məhsul və ya xidmətin faydalarını izah etmədən kənara çıxan kampaniyalara investisiya etməli və markanın cəmiyyətə kömək etmək məqsədi ilə daha geniş bir hədəfə yönəlmələri lazımdırmı?

Məqsəd ilə hərəkət edərkən nəticədə alınıb-alınmayacağı hər zaman şübhəli olmuşdur və bir iclas otağını ikiyə bölə bilər. Bədbinlər məqsədin kökünü araşdıracaq və markaların bunu sadəcə daha çox gəlir əldə etmək və ya yaxşı olan tərəfə qatılmaq üçün etdiyini irəli sürəcəklər. Məqsədə istiqamətlənmiş kampaniyaların tərəfdarları, təsirlərin gücünü artıracaq və dəqiq iş təcrübələrini şişirdəcəkdir. Müzakirələr nadirən praktik təcrübəyə yönəlir.  Nəticədə, mübahisələr obyektiv strategiya deyil, insanların ən yaxşı təcrübəsi və ən çox rədd edilmiş təcrübə arasındakı fərqlə bağlı ola bilər.

Başqa bir deyişlə: Yaxşı startegiya ancaq utancverici təcrübə…

İkinci sual: Məqsədə yönəlmək nəticə verirmi?

Bəli, nəticə verir. Təsirlilik baxımından ən titiz İngiltərə mükafatları layihəsi təbii ki, “İPA Effectiveness Awards”. Bu ilki kitabda olan bir neçə məqalə, məqsədə istiqamətlənmənin faydalı olduğu iki yol göstərir.

Məqsəd işçiləri motivasiya edir

Kommnukasiya daha böyük bir məqsədə sahib olmaq, işçilərin işi ilə bağlı daha pozitiv hiss etmələrinə və müəssisənin onlardan daha çox faydalanması üçün fürsətlər yaradır. Bir çox insanın karyerasından razı qalmadağı bir şəraitdə, məqsəd güdən kampaniyalar müəssələr üçün yararlıdır. Hər xoşbəxt insanın bunu ailə və dostlarına ötürmə ehtimalı olduğu üçün xalqa satış etməyədə kömək edə bilər. İşçilərin sayı minlərə çatan böyük müəssisələrdə isə bu təsir milyonlara əhatə edə bilər. Əgər 30 000 işçi heyətin hər biri 10 nəfərə bu haqqda danışsa və bu adamlarda digər 10 nəfərə məlumatı ötürsə, neçə nəfərə məlumat ötürülə biləcəyini siz düşünün…

Məqsəd markanın cəlbediciliyini artırır

Bu oxşar fəaliyyətlərdən sıyrılmağın bir yoludur və marketing sərmayesinə geri qayıtmağa təşvik edir. Məhsulun yaxşı olduğu ancaq kateqoriyanın oxşar görüntü və mesajlarla doldurduğu bir şəraitdə məqsəd markanı dəyişdirir.

Niyə məqsədə istiqamətli olmayan bir kampaniya istəmiyəsiz ki? Yaxşı aparılmış bir kampaniya işçilərinizi sizi üçün işləməsi mənasında daha yaxşı hiss etdirər, haqqınızda daha doğru şəkildə danışılmasını təmin edər və əməyinizin qarşılığını verər. Strategiya sadə olmalıdır. Kampaniya transformasiya ola bilər. Hər şeydən öncə tətbiqin orjinal olmalıdır əks təqdirdə uğursuz olacaqdır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...