Kamera bazarında ən böyük şirkətlərdən biri olan Çinin “Hikvision” şirkətinin adı ilə Azərbaycanda şirkət dövlət qeydiyyatına alınıb.
Bizplus.az xəbər verir ki, 21 Noyabr 2019-cu il tarixində Vergilər Nazirliyi “HIKVISION AZERBAIJAN” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkətin qanunu təmsilçisi Çin Xalq Respublikasının vətəndaşı Duan Fan-dır. “Hikvision Azerbaijan” şirkəti 400 min manat ilkin sərmayəyə (nizamanmə kapitalı) malikdir.