“Uber” Kaliforniyada yeni funksiyanı sınaqdan keçirir. Belə ki, artıq bəzi sürücülər özləri öz gediş qiymətlərini qoycaqlar.
Yeni funksiya qiyməti, “Uber”in baza qiyməti ilə müqayisədə beş dəfə artıq olmaqla addımbaşına 10% artırmaq imkanı verir. Bununla, daha aşağı qiymətlər qoyan sürücülər ilk olaraq müştəri qazanacaqlar.
İndi funksiya Santa-Barbara, Palm-Sprinqs və Sakramento hava limanlarından gedişlərdə işləkdir. Hələ ki, “Uber” yeni qaydaları Los-Angeles və San-Fransisko kimi iri bazarlarda genişləndirməzdən qabaq kiçik şəhərlərdə sınaqdan keçirir.
Şirkət sürücülərə daha çox azadlıq vermək və onları podratçı kimi təsnifləndirmək üçün bu tarif sistemini tətbiq edir. Bu, “Uber”i Kaliforniyanın taksi aqreqatoru işçilərini muzdlu işçilərlə eyniləşdirən yeni qanunundan qoruyacaq.
İşçi statusu sürücülərə sığorta, analıq məzuniyyəti və digər sosial təminatlar əldə etmək imkanı yaradıacaq və Barclays analitiklərinin dəyərləndirməsinə görə “Uber”ə ildə 500 milyon dollara başa gələ bilər.