Kaliforniyada Uber sürücüləri gediş qiymətini özləri təyin edəcəklər

Date:

Paylaş:

“Uber” Kaliforniyada yeni funksiyanı sınaqdan keçirir. Belə ki, artıq bəzi sürücülər özləri öz gediş qiymətlərini qoycaqlar.

Yeni funksiya qiyməti, “Uber”in baza qiyməti ilə müqayisədə beş dəfə artıq olmaqla addımbaşına 10% artırmaq imkanı verir.  Bununla, daha aşağı qiymətlər qoyan sürücülər ilk olaraq müştəri qazanacaqlar.

İndi funksiya Santa-Barbara, Palm-Sprinqs və Sakramento hava limanlarından gedişlərdə işləkdir. Hələ ki, “Uber” yeni qaydaları Los-Angeles və San-Fransisko kimi iri bazarlarda genişləndirməzdən qabaq kiçik şəhərlərdə sınaqdan keçirir.

Şirkət sürücülərə daha çox azadlıq vermək və onları podratçı kimi təsnifləndirmək üçün bu tarif sistemini tətbiq edir. Bu, “Uber”i Kaliforniyanın taksi aqreqatoru işçilərini muzdlu işçilərlə eyniləşdirən yeni qanunundan qoruyacaq.

İşçi statusu sürücülərə sığorta, analıq məzuniyyəti və digər sosial təminatlar əldə etmək imkanı yaradıacaq və Barclays analitiklərinin dəyərləndirməsinə görə “Uber”ə ildə 500 milyon dollara başa gələ bilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...