Əsas səhifə Xəbərlər Xarici xəbərlər Kaliforniya startapının 5 saatlıq iş rejiminə keçməsi müsbət nəticə verməyib

Kaliforniya startapının 5 saatlıq iş rejiminə keçməsi müsbət nəticə verməyib

72
Paylaş

Kaliforniyanın “Tower Paddle Boards” startapının baş direktoru digərləri ilə müqayisədə üç dəfə daha sürətlə işləyə biləcək insanları şirkətə cəlb etmək üçün 2015-ci ildə şirkəti beş saatlıq iş rejiminə keçirir.

Nəticədə işə götürülən əməkdaşlar iki tipə bölünür: birincilər tələblərə cavab verənlər, ikincilər isə sadəcə tənbəllər.

Amma tezliklə hətta yüksək məvacib qarşılığında az işləmələrinə baxmayaraq onlar işdən çıxırlar. Direktorun sözlərinə görə, əvvəlcə komandada 9 nəfər olub – 90 gün ərzində o, onlardan dördünü itirib, birini isə qovub.

Rəhbər belə hesab edir ki, buna səbəb korporativ mədəniyyətdir. İşi tez tərk edəndə ətraf genişlənir: yeni insanlar və tanışlıqlar yaranır, buna görə də kolleqalarla sıx əlaqələr kəsilir, direktor izah edir. Eksperimenti çərçivəsində direktor startapının yeni başlayan bir şirkət olmasını nəzərə almayıb. Yəni, belə şirkətlərdə insanlar arasında əlaqə çox vacibdir.

2017-ci ildə şirkət beş saatlıq iş rejiminin ancaq yayda tətbiq edilməsi təklifini irəli sürməklə problemi həll edir. Bu həm işçiləri qısa iş gününə hazırlayır, həm də onların məzuniyyət müddətində işini asanlaşdırır.

Uğursuzluqlara baxmayaraq, direktor inanır ki, avtomatlaşmanın və texnologiyanın inkişafı ilə qısaldılmış iş günləri normaya çevriləcək. Onun fikrincə, belə rejim 20 ildən sonra geniş yayılmış təcrübə olacaq. Amma bununla belə qeyd edir ki, beş saatlıq rejim hamıya uyğun gəlmir. Buna görə də səkkiz saatlıq iş rejiminə alternativlər düşünmək lazımdır. Çünki bu sistemin özü əhəmiyyətsizdir.