Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri K-Swiss amerikan brendi oyunçular üçün krassovka-tərlik hazırlayıb

K-Swiss amerikan brendi oyunçular üçün krassovka-tərlik hazırlayıb

163
Paylaş

İdman ayaqqabıları brendi K-Swiss, Immortals Gaming Club-la birgə məxsusi olaraq oyunçular üçün hazırladıqları krassovkaları təqdim edib. Bu barədə Hypebeast yazır. Şirkətin mətbuat şərhində deyilir ki, bu, “dünyada kiberidmanla məşğul olmaq üçün ilk ayaqqabıdır” və onunla kompyuter arxasında oturmaq rahatdır.

Bu yeni model ayaqqabı MIBR ONE-TAP adlanır. Əsas özəlliyi ondadır ki, temperatura nəzarət sistemi var və arxa hissəsini yığışdırıb onu tərliyə çevirmək mümkündür. Ayaqqabının içindəki temperatur isə yun əlavələrinin və Flow Cool soyutma sisteminin köməyi ilə nizamlanır.

Rəngləri tünd tonlardadır və zahirən klassik Adidas Climacool modelini xatırladırlar. Onları artıq rəsmi K-Swiss mağazasından 125 dollara əldə etmək mümkündür. MIBR ONE-TAP –ın tirajının məhdud olmasına görə, krassovkaların böyük partiyası 2020-ci ildə buraxılacaq.