Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs – Mətanət Cəfərova, telefon- 012-551-60-84.
İştirak haqqı 500 manatdır.
Təşkilat- Əkinçilik Elmi – Tədqiqat İnstitutu
H/h- AZ15CTRE 000000000000002187201
VÖEN- 3101932691
M/h- AZ41NABZ 01360100000000003944
10-saylı Xəzinədarlıq İdarəsi
Kod – 210005
VÖEN –1401555071
Büdcə təsnifatının kodu – 142340
Büdcə səviyyəsinin kodu – 7
S.W.İ.F.T BİK CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat;
– iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru ,,Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 oktyabr 2019-cu il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 31 oktyabr 2019-cu il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 1 noyabr 2019-cu il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.