Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Kərpic və sement istehsalında 50%-ə yaxın artım

Kərpic və sement istehsalında 50%-ə yaxın artım

274
Paylaş

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 6,8 faiz artaraq 36,8 milyon manat təşkil etmişdir.

Bizplus Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 47,9 faiz, sementin istehsalı 45,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 37,2 faiz artmış, tikinti əhənginin istehsalı 17,6 faiz, tikinti gipsinin istehsalı 60,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 61,2 faiz azalmışdır.

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 46,6 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 16,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 25,4 faiz azalma müşahidə olunmuşdur. Ay ərzində sahə üzrə 24,3 min ton (1,9 faiz çox) armatur, 74,9 ton (32,3 faiz çox) alüminium çubuqlar, millər və profillər istehsal edilmişdir.