Johnson & Johnson səhmləri xərçəngə səbəb ola biləcək maddədən istifadə etdiyi riskinə görə 10% ucuzlaşıb

Date:

Paylaş:

Amerikanın kosmetik və gigiyena məhsulları istehsalçısı olan Johnson & Johnson-un kapitallaşması, Reuters istintaqının nəşr olunmasından bir gün sonra $39,8 milyard düşüb.

Agentlik 1950-ci illərdən etibarən müxtəlif sənədlərə istinad edərək körpələr üçün istifadə olunan gigiyena məhsullarının tərkibində asbestin olduğunu sübut etməyə çalışıb. Asbest xərçəngə səbəb olur və minlərlə insan bu barədə məhkəməyə müraciət edib Johnson & Johnson məhsullarının onlarda onkologiyanın yaranmasına gətirib çıxardığını  sübut etməyə çalışıbdılar.

Bir Reuters tədqiqatına əsasən, 1950-ci ildən bəri, Johnson & Johnson məhsullarının tərkibinə qatılan talk mineralı üzərində aparılmış testlər onun tərkibində asbestin olduğunu göstərib, lakin şirkət bu haqda tənzimləyicilərə heç bir məlumat bildirməyib. 2018-ci ilin əvvəlində ABŞ məhkəməsi, Johnson & Johnson talkından istifadə səbəbindən ağciyər xərçənginə tutulmuş iki nəfərə zərərin ödənilməsi barədə qərar verişdir. İyul ayında isə şirkət, yumurtalıq xərçənginə tutulmuş 22 qadına təzminat ödəyib.

Şirkətdə Reuters-ın sözlərini yalan və yanıldıcı adlandırmışdı. Məğlub olmuş işlərdə isə şirkət “ucuz” araşdırmanı, məhkəmə səhvini və vəkillərin təhrif edilmiş məlumatlardan mənfəət əldə etmək istəyini günahlandırıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...