Merilend-dən olan Nicolas Murray Johnson & Johnson-u məhkəməyə verib. O, şirkəti antipsixotik Risperdal dərmanının qəbulu zamanı baş verə biləcək yan təsirlər və risklər barədə xəbədarlıq etməməkdə günahlandırıb.
Wall Street Journal-ın məlumatına görə, iddiaçı bildirib ki, uşaq vaxtı (2003-2008-ci illər) o, şizofreniya və bipolyar pozuntunun müalicəsi üçün istifadə olunan dərman qəbul edib və o yan təsir verib: süd vəzilərinin böyüməsinə gətiri çıxarıb. İddiaçı təkid edir ki, şirkət bunu bilib, amma bu dərmanı yazan həkimləri xəbərdar etməyib.
Qəzet qeyd edir ki, 2015-ci ildə məhkəmə artıq bu məsələ ilə bağlı hökm çıxarır. Şirkət 1,75 milyon dollar həcmində kompensasiya ödəməyə məcbur olur. Sonra məbləği 680 min dollara endirirlər. Amma iddiaçı appelyasiyaya şikayət edir.
Artıq Filadelfiya məhkəməsi Murray-ın xeyrinə qərar qəbul edir və Johnson & Johnson şirkəti 8 milyard dollar kompensasiya ödəməli olur.
Şirkət isə məhkəmənin qərarı ilə razılaşmayıb. Şirkət nümayəndələri bildiriblər ki, onlar məhkəmənin bu əsassız qərarını qüvvədən salmaq fikrindədirlər. Şirkət qeyd edib ki, bu məbləğ, ilkin 680 min dollarlıq kompensasiya ilə təmamilə qeyri-mütənasibdir və cəzanın ləğv edilməsində əminliyini də ifadə edib.