Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Jeff Bezosun sərvəti 15 dəqiqə ərzində $13 mlrd. artdı

Jeff Bezosun sərvəti 15 dəqiqə ərzində $13 mlrd. artdı

39
Paylaş

“Amazon” şirkətinin qurucusu Jeff Bezosun varidatı 15 dəqiqə ərzində 13 milyard dollar artıb.

Bizplus.az xəbər verir ki, bu barədə“Bloomberg” yazır.

Bu, şirkət səhmlərinin 12% artaraq 2,1 min dollar səviyyəsinə çatması sayəsində mümkün olub. Şirkətin rüblük hesabatının uğurlu olması analitiklərin proqnozlarını “puça çevirib”. Xüsusilə, illik gəliri qeyd etmək lazımdır – 87,4 milyard dollar, bir səhmin qiyməti isə 6,47 dollar (ekspertlər 4,11 dollar proqnozlaşdırıblar).

Jeff Bezosun “Amazon” da payı 12% təşkil edir ki, bu da 129,5 milyard dollardır. “Forbes” jurnalının qiymətləndirmələrinə görə, sahibkarın sərvəti 116 milyard dollar təşkil edir.