Jeff Bezosun müvəffəqiyyət hekayəsi

Date:

Paylaş:

30 yaşında Jeff Bezos, Wall Streetdə kitab satmaq üçün qazanclı işindən imtina edib. Bu gün o, Donald Trampı kosmosa göndərmək ilə təhdid edən planetin ən zəngin adamı və mediamaqnatıdır.

Böyük bir sərvət qazanmaq asan deyil, amma onu saxlamaq daha çətindir və daha da çətini qazanılmış sərvəti çoxaltmaqdır. İnvestbankçılar və analitiklər Forbes-ə dünyanın ən zəngin insanın necə uğur əldə etdiyini və onların investisiya strategiyaları və iş aparma yolları ilə necə fərqləndiyini izah ediblər. Birinci epizodun qəhrəmanı dünyanın ən zəngin adamı -Jeff Bezosdur.

Nə vaxtsa Relentless şirkəti haqqında eşitmisiniz? Maraqlıdır adı «amansız» kimi tərcümə edilən  təşkilat nə işlə məşğul ola bilər. Siz təəccüblənəcəksiniz, amma siz şirkəti tanıyırsınız. Brauzerinizdə relentless.com yazın və siz sahibi haqqında eşitdiyiniz  təşkilatın saytına daxil olacaqsınız. Bu dünyanın ən zəngin adamı və onlayn nəhəng Amazonun qurucusu olan Jeff Bezosdur.

Bezos 1964-cü ildə Nyu Meksika ştatında  dünyaya gəlib. Anasının  cəmi 17 yaşı var idi, dörd il sonra Jeffin atasını boşayıb  Mayk Bezosla evlənib. Mike Bezos kiçik Jeffrini oğulluğa götürüb və ona soyadını  verib.

Məktəbdə Bezos əlaçı idi, məzun olduqdan sonra Princetona qəbul olub . Əvvəlcə onu  fizika cəlb edib, amma tezliklə kompüter elmləri və mühəndisliyə maraq salıb. Universiteti bitirdikdən sonra, Bezos Wall Streetdə işə başlayıb və bir anda D.E.Shaw fondunda tapıb özünü. Orada  Bezos Princetonun məzunu olan gələcək həyat yoldaşı ilə görüşüb. Mackenzie Bezos Princetonda ədəbiyyat öyrənib. Onun ən sevimli kitablarından biri Kazuo Ishiguronun əsəri olan – «Günün qalan hissəsi» -idi, bu günki gün bu kitab bütün Amazon rəhbərləri tərəfindən oxumaq üçün tövsiyə olunur.

30 yaşında Jeff  işdən çıxıb və yeni bir işə başlamaq üçün Vaşinqtonun ştatına , Seattlə köçüb,. 2010-cu ildə Princeton şagirdlərinin qarşısında çıxış etdiyi zaman, Bezos direktoruna işdən çıxacağını və kitab mağazası açacağını necə dediyini yada salıb. Müdir Bezosu Mərkəzi parkda gəzməyə dəvət edib , onu böyük diqqətlə dinləyib , əlbətdə ki  bu  fikir Bezos kimi  belə gözəl işi olmayan bir şəxsə  məxsus olsaydı daha  ələ olardı deyə bildirib. Bu məntiqlə Bezos razılaşmaya bilməzdi – o, fikirləşmək üçün 48 saat istəyib. Sonra isə işdən çıxıb. Princeton tələbələrinə Bezos  əgər kitab mağaza işi alınmasaydı belə peşman olmazdı, amma əgər cəhd etməsəydi bunu özünə heç vaxt bağışlamazdı deyə bildirib.

Daha sonra nə olub siz artıq bilirsiniz. Bezos kitab satışları üçün məlumat massivlərini istifadə edən ilk şəxs idi – bundan əvvəl kitab mağazaları və naşirlər öz müştəriləri haqqında heç bir məlumat saxlamırdılar və daha çox hansı kitabların məşhur olacağı haqqında intuisiya ilə əlaqələndirdilər. Bezosun ambisiyaları kitab ticarətindən kənara çıxdı – adları və məlumatları almaq üçün bir yol idi, müştəriləri cəlb etmək üçün bir kanal idi. Tezliklə Amazon kitab mağazasından «hər şeyin mağazası»-na çevrildi.

Amazon başqa mühüm üstünlüklərədə malik idi – şirkət rəqiblərindən daha ucuz kitab satırdı. Uğurun sirri nədir? Bütün satışlar İnternet vasitəsilə həyata keçirildi və ABŞ-da satıcının ərazidə fiziki varlığı olmurdusa, bu ölkələr satınalmalarda vergilərə görə ödəniş etmirdilər(bu yaxınlarda bu  ləğv edilib). Belə ki, Vaşinqton ştatının xaricində yaşayan Amazon alıcıları satınalmalarda vergi ödəməyiblər. Ümumiyyətlə, əvvəlcə Amazon çox gizli bir şirkət idi – heç kim, həqiqətən, şirkətdə neçə işçinin çalışdığını və ya anbarlarının harada olduğunu bilmirdi . Vaxt keçdikcə həm şirkət, həm də Bezos daha çox ictimayyətləşdilər.

Keçən il Amazon Whole Foods  ərzaq zəncirini 13,7 milyard dollara satın aldı və ərzaq pərakəndə bazarına girmək qərarına gəldi. Biznesi müştəri davranışının təhlilinə əsaslanan bir şirkət üçün onların qida seçimlərinə dair məlumatlar xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, məhsul satışı çoxda  çətin deyil. Amazonun devralmasından sonra Whole Foods mağazalarında başlayan ilk aksiyada avokadonun  qiymətlərində azalma oldu. Eyni zamanda, digər məhsullar üçün heç bir endirim yox idi, ümumilikdə Whole Foods-da ki qiymətlər digər zəncirlərdən daha yüksək idi. Buna baxmayaraq, bu aksiya çox böyük uğur qazanmışdı və alıcı sayını böyük ölçüdə artırmışdı.

Amazonun kapitalizasiyası 1 trilyon dollara yaxınlaşdıqca, Jeff Bezos kölgədən çıxmağa başlayırdı. Amazon tarixinin şafağında çəkilmiş şəkillərlə müqayisə edilmiş kollajlar, memes və zarafatların tükənməz bir mənbəyinə çevrilmişdir. Bezos həmçinin Washington Post qəzetini alıb və redaksiya heyəti tərəfindən müntəzəm olaraq tənqid olunur və əlavə olaraq ABŞ-ın hazırkı prezidenti Donald Trump tərəfindən tənqid olunur. Bezos bir twitte-də özəl kosmonavtika sahəsində Amazon qurucusunun şəxsi layihəsi olan Blue Origin roketlərindən birində Trumpa yer tutacağını söyləyib. Bu tweeti Bezos #SendDonaldtospace hashtag ilə paylaşıb. Lakin, Bezos Blue Originə çox  ciddi yanaşır- kosmos layihələrindən yayınmamaq üçün, hətta Amazonun perakendecilik layihələrini və bulud xidmətlərini  digər insanların idarə etməsinə etibar edib. Amazon Web Xidmətləri – indi Amazone-nun ən gəlirli seqmentidir.

Beləliklə, 1 trilyon dollarlıq kapitallaşma və səhm başına $ 2000- limit olduğuna inanırsınızsa, aşağıdakıları düşünün: Amazon Netflix, Snapchat, Dropbox və digər sürətlə inkişaf edən şirkətlər və start-uplar üçün bulud əsaslı məlumatların saxlanması təmin edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...