Jeff Bezos keçmiş həyat yoldaşına 38,3 milyard dollar pay ayırdı

Date:

Paylaş:

Bu məbləğlə MacKenzie Bezos, Bloomberg Billionaires Index milyarderlər reytinqində 22-ci yeri tuta bilər.

Jeff və MacKenzie Bezos 25 illik ailə həyatından sonra 2019-cu ilin 9 yanvarında boşanmaq barədə qərar veriblər. Jeff Bezos  “Amazon”u toydan sonra qurub, 2019-cu ilin əvvəllərində şirkətin 16%-i ona məxsus idi.

2019-cu ilin aprelində cütlük boşanma prosesinin bitməsini bildirib. Həmin vaxt MacKenzie Bezos şirkətdən 4% alacağını və keçmiş yoldaşına isə Washington Post və Blue Origin-dəki bütün aktivlərini verəcəyini deyib.

Məhkəmə boşanmanı artıq təsdiqləyib. MacKenzie Amazon aksiyalarından 19,7 milyon qazanmalıdır , bunun da dəyəri 38,3 milyard qiymətləndirilir.

Öz payını aldıqdan sonra MacKenzie Bezos, dünyanın ən zəngin 500 insanı siyahısında 22-ci yeri tuta bilər. Bloomberg yazır ki, reytinqə liderliyi Jeff Bezos edir. Amazon aksiyalarının 12%-i ona məxsusdur – təxminən 114,8 milyard dollar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...