Bu məbləğlə MacKenzie Bezos, Bloomberg Billionaires Index milyarderlər reytinqində 22-ci yeri tuta bilər.
Jeff və MacKenzie Bezos 25 illik ailə həyatından sonra 2019-cu ilin 9 yanvarında boşanmaq barədə qərar veriblər. Jeff Bezos “Amazon”u toydan sonra qurub, 2019-cu ilin əvvəllərində şirkətin 16%-i ona məxsus idi.
2019-cu ilin aprelində cütlük boşanma prosesinin bitməsini bildirib. Həmin vaxt MacKenzie Bezos şirkətdən 4% alacağını və keçmiş yoldaşına isə Washington Post və Blue Origin-dəki bütün aktivlərini verəcəyini deyib.
Məhkəmə boşanmanı artıq təsdiqləyib. MacKenzie Amazon aksiyalarından 19,7 milyon qazanmalıdır , bunun da dəyəri 38,3 milyard qiymətləndirilir.
Öz payını aldıqdan sonra MacKenzie Bezos, dünyanın ən zəngin 500 insanı siyahısında 22-ci yeri tuta bilər. Bloomberg yazır ki, reytinqə liderliyi Jeff Bezos edir. Amazon aksiyalarının 12%-i ona məxsusdur – təxminən 114,8 milyard dollar.