Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Jeff Bezos ixtisara düşən restoran əməkdaşlarına iş təklif edib

Jeff Bezos ixtisara düşən restoran əməkdaşlarına iş təklif edib

22
Paylaş

Amazonun baş direktoru Jeff Bezos şirkətdə yeni 100 vakansiya açıldığını bildirib və işdən çıxarılmış restoran və bar əməkdaşlarını ərizələrini təqdim etməyə çağırıb. Koronavirus səbəbindən Amazonun sifarişlərinin sayı hədsiz çoxalıb və şirkətdə əlavə personala ehtiyac yaranıb.

Bu barədə Business İnsider məlumat yayıb.

Bezos, şirkətin saathesabı əmək haqqını artırdığını da bildirib: “Ümid edirik ki, qovulan əməkdaşlar öz iş yerlərinə qayıda bilənə kimi bizimlə işləyəcəklər”. Bu sözləri o, öz İnstagram hesabında yazıb.

Qeyd edək ki, Amazon da sağlamlığın qorunması üçün bir sıra ölçülər götürüb: tez-tez  güclü təmizlik işləri aparılır, “sosial məsafə prinsipləri” təmin olunur və işçilər üçün milyonlarla tibbi maskalar sifariş olunub.