Jeff Bezos insanlara daha yaxın olub – planetimizin ən zəngin insanı bir gündə 7 milyard dollar itirib. Bunun əsas səbəbi kimi “Amazon” səhmlərinin düşməsi göstərilir.
Banker.az xəbər verir ki, bu ilin üçüncü rübün hesabatına görə, texnoloji nəhəngin xalis mənfəəti 2,1 milyard dollar təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur.
Bazar bu maliyyə nəticələrinə dərhal cavab verib, belə ki, son hərraclarda “Amazon” un səhmləri 6,5%-dən çox ucuzlaşıb. Kotirovkalar düşməyə davam etsə, dünyanın ən zəngin insanı titulunu Bill Gates alacaqdır.