Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Muhammed bin Salmanın “WhatsApp” hesabından göndərilən video mesaj vasitəsilə dünyanın ən zəngin adamı Jeff Bezosun mobil telefonu haker hücumuna məruz qalıb.
Mütəxəssislər Muhammed bin Salmanın telefonundan göndərilən mesajda “böyük ehtimalla” zərərli olan kodlar aşkarlayıblar.
Məlumata görə, 2018-ci ilin mayın 1-də göndərilən mesajdan sonra Bezosun hesabından genişmiqyaslı məlumatların oğurlandığını qeyd edilib.
Haker hücumundan 9 ay sonra isə ABŞ-ın bulvar qəzeti “Milli Enquirerda”(National Enquirer) J.Bezosun şəxsi həyatına aid məlumatların çap olunmağa başlandığını vurğulayıb.
Qeyd edək ki, “National Enquirer” qəzetinin sahibi ilə şahzadə arasında yaxın münasibətlər var.