Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Jeff Bezos dünyanın ən gözəl malikanələrindən birinə sahib olub

Jeff Bezos dünyanın ən gözəl malikanələrindən birinə sahib olub

21
Paylaş

“Amazon”un təsisçisi və dünyanın ən zəngin adamı Jeff Bezos, 165 milyon dollara media maqnatına məxsus malikanəni alıb. Bu müqavilə Los-Anceles regionu üçün rekorddur.

“Warner Estate” adını almış malikanə 3,6 hektar sahəni əhatə edir. O, ötən əsrin 30-cı illərində, “Warner Bros” kino şirkətinin prezidenti Cek Uorner üçün tikilmişdi. Sahədə geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis kortu və golf var. Yerli daşınmaz əmlak agentinin verdiyi məlumata görə, sözügedən tikili dünyanın ən gözəl malikanələrindən biridir.