Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Jay-Z və Will Smith “düşərgə üçün Airbnb”yə yatırım ediblər

Jay-Z və Will Smith “düşərgə üçün Airbnb”yə yatırım ediblər

77
Jay-Z və Will Smith
Jay-Z və Will Smith

Hipcamp xidməti son səhmlər raundu çərçivəsində 25 milyon dollar cəlb edib və indi 127 milyon dollar qiymətləndirilir. Ona repçi Jay-z, aktyor Will Smith və futbolçu Keisuke Honda pul qoyublar.

Marcy Venture Partners və Dreamers Fund fondları düşərgə üçün məkan bron edən götürən Hipcamp xidmətinə yatırım ediblər. Bu barədə  şirkətin saytında məlumat verilir. Marcy repçi Jay-Z-yə, Dreamers isə Hollivud aktyoru Will Smith və Rusiyanın şərəfinə oynayan futbolçu Keisuke Honda-ya məxsusdur.

Səhmlər raunduna şirkətdə Andreessen Horowitz vençur fondu rəhbərlik edir.

Hipcamp istifadəçilərə düşərgə üçün xüsusi yerlərə görə geniş seçim imkanı verir. Bundan başqa dövlətə məxsus hansı düşərgə yerlərinin məşğul olması barədə məlumatlar da ötürür. Forbes yazıb ki, gələcəkdə şirkət milli park ərazilərini də icarəyə verməyi düşünür.

Hipcamp-ı ideal tərəfdaş edən cəhət ondan ibarətdir ki, startap “ətraf mühiti dəyərləndirən və onu qoruyan hərtərəfli cəmiyyət” yaradır, bu sözləri Marcy fondunun həmtəsisçisi və idarəedici direktoru Larry Marcus deyib. Dreamers tərəfdaşı Kosaku Yada isə bildirib ki, fond “texnologiyaların köməyi ilə həyatı yaxşılaşdırmağa” çalışır və buna görə də insanların təbiətlə təmasını asanlaşdırmaq uğrunda Hipcamp-ın gördüyü işlərdən zövq alır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here