Son on il ərzində ilk biznes üçün 1 milyard dollar itirilib.
TechCrunch qəzeti xəbər verir ki, Jawbone fitnes-qolbaqları, “bluetooth-qulaqcıqlar” və simsiz kalonkalar istehsalı üzrə şirkətin qurucusu Hosain Rahman özünün yeni “Jawbone Health” şirkəti üçün 65,4 milyon dollar həcmində investisiya cəlb edib.
TechCrunch-ın açıqlamasına görə yeni şirkətin səhmdarları arasında “SignalFire”,”Refactor Capital” və Dubayda yerləşən “Polymath Ventures” şirkətləri var.
“Jawbone Health” istifadəçilərin məlumatlarını analiz edib, sağlamlıqları ilə bağlı problemlərini müəyyən etməkdə onlara yardımçı olur. Şirkətdə keçmiş işçilər də olmaqla 51 əməkdaş çalışır.
2014-cü ildə 3 milyard dollar dəyərləndirilən Jawbone 2017-ci ildə şirkətin ləğvi proseduruna başlayıb və aktivlərini satıb. Bu barədə şəxsi mənbələrə istinadən, Business Insider, The Information və TechCrunch məlumat verib.