Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Japan Display” şirkəti “Apple” və “Sharp” zavodlarını satmaq istəyir

“Japan Display” şirkəti “Apple” və “Sharp” zavodlarını satmaq istəyir

66
Paylaş

Japan Display Inc şirkəti özünün “Apple Inc” və “Sharp Corp” zavodlarını satmağı müzakirə edir. Onlar şirkətin smartfonlar üçün displeylər istehsal edən əsas zavodlarıdır. Əməliyyatın məbləği 730-820 mln. dollar düşünülüb. Xəbəri “Nikkei Asian Review” verir.

Bu ay şirkət nəğd vəsaitlərinin çatışmadığnı bildirib və qeyd edib ki, “Apple” zavoda avadanlıqlar almaqla söz verdiyi 200 mln. dollarlıq maddi dəstəyi həyata keçirəcək.

Japan Display dörd il bundan qabaq Apple zavodunun inşasına xərclədiyi 1,5 mlrd. dollar görə ona 800 mln.-dan çox borcu var.

“Sharp” şirkəti isə bildirib: ” Biz satışdan əldə ediləcək gəlir və risk məsələlərini diqqətlə təhlil edirik”.

Qeyd edək ki, Japan Display-ə maddi yardımçılar arasında  Ichigo Asset Management və Wistron Corp şirkətləri var.