Əsas səhifə Biznes sahələri Avtomobil Jaguar Land Rover avtomobilləri kriptovalyuta qazana biləcəklər

Jaguar Land Rover avtomobilləri kriptovalyuta qazana biləcəklər

175
Paylaş

Jaguar Land Rover alyansının proqram təminatının yaradılması mərkəzi Smart Wallet adlı texnologiyanı sınaqdan keçirir. Yeni sistem hərəkət zamanı sürücülərə kriptovalyuta qazanmağa imkan verəcəkdir. Bonus tıxaclar və ya çuxurlar barədə məlumatın verilməsinə görə hesablanacaqdır. Bu bonuslardan, məsələn, ödənişli yollardan istifadə zamanı istifadə etmək olar.

 

Yeni onlayn-servisin yaradılması Destination Zero ( 0 qəza, 0 tıxac və 0 tullantı) proqramının çərçivəsində hazırlanır. Smart Wallet istifadəçiləri yollardakı tıxac və ya çuxurlar barədə məlumatın yerli xidmətlərə və naviqasiya xidməti göstərən təşkilatlara göndərilməsi üçün avtomatik göndərmə rejimini aktivləşdirməlidirlər. Buna görə hesablanan mükafatı parkinqin ödənilməsinə, elektromobillərə enerji yüklənməsinə və JLR tərəfdaşlarının mallarının alınmasına xərcləmək olar.

Smart Wallet paylaşdırılmış reyestrlər texnologiyasının (Distributed Ledger) əsasında işləyir və tranzaksiyaların həyata keçirilməsinin avtonom sistemini təqdim edir. Proqnozlara görə, 2025-ci ildə bu texnologiyanı dəstəkləyən qurğuların sayı 75 milyarda çatacaqdır.