Jack Manın müvəffəqiyyət hekayəsi

Date:

Paylaş:

Jack Ma, məktəb vaxtı imtahanlardan tək-tək kəsilirdi və onlarla müsahibədən əli boş ayrılırdı. Onun, hələ də riyaziyyatla arası yoxdur. Ancaq nə bu, nə də  internetlə xüsusi bir əlaqənin olduğu bir ölkədə nəhəng Alibabanı yaratmağa və Çinin ən zəngin sahibkarlarından birinə çevrilməsinə mane olmadı.

Böyük bir sərvət qazanmaq asan deyil, amma onu saxlamaq daha çətindir və daha da çətini qazanılmış sərvəti çoxaltmaqdır. İnvestbankçılar və analitiklər Forbes-ə dünyanın ən zəngin insanın necə uğur əldə etdiyini və onların investisiya strategiyaları və iş aparma yolları ilə necə fərqləndiyini izah ediblər. Üçüncü epizodun qəhrəmanı komunist Çinin ən zəngin sahibkarlarından biri –Jack Madır.

Bizim milyarder qəhrəmanlarımız arasında, bəlkə də, Jack Madan daha qeyri-adi bir hekayəsi olanı  yoxdur. O,müsahibələrinin birində, Çində  əlaqən, siyasi çəkin və sərvətin yoxdursa, uğur qazanmağın mümkün olmadığını bildirmişdi. Bunların heç biri onda yox idi. Ancaq o, Çinin ən zəngin insanlarından biridir. Jackin nümunəsi hər hansı bir insanın uğurlu ola biləcəyini sübut edir və bunun üçün ümumi bir resept, təhsil, cəmiyyətdəki vəziyyət, valideynlər və ya başqa bir şey yoxdur – yalnız birinin məqsədi və səyi var, kiminsə tətbiq etdiyi, kiminsə etmədiyi.

Əslində, Jack Ma Jack deyil. Ma Yun 1964-cü ildə Çinin Hangzhou şəhərində çox kasıb ailədə dünyaya gəlib. Richard Niksonun kommunist Çinə gəlməsindən sonra iki ölkə arasındakı münasibətlər yaxşılaşmağa başladı və kiçik Ma Yun ingilis dilini öyrənə bildi. Xaricilər üçün pulsuz turlar təşkil edirdi ki, doğma İngilis dilində danışanlar ilə ünsiyyət qura bilsin. Məhz ondan sonra Ma Yun Jack oldu. Turistlər onların rəhbərinin adını tələffüz etməkdə çətinlik çəkinirdilər və ona qərb qulaqlarına tanış olan Jack adını veriblər.

Eyni zamanda, Manın təhsili pis keçirdi: o. iki dəfə ibtidai məktəbdə, üç dəfə- orta məktəbdə, iki dəfə isə -instituta daxil olarkən imtahanlardan kəsilib. Bu məsələdə o tək deyildi. Albert Eynşteyn, Uinston Çörçill və İbrahim Linkoln da təhsillə problemləri var idi. Və problem kifayət qədər vaxt olmadığından deyil. Hətta indi də, Çində ən zəngin adamlardan biri olan Jack  hesablamalar ilə problem yaşayır və əgər siz  ona maliyyə hesabatları versəniz, o, bu barədə bir şey anlamıyacaq.

Ma korporativ karyerada heç bir şansa malik deyildi. Onun sözlərinə görə, o, otuz dəfə işə qəbul edilməklə bağlı imtinalar alıb, KFC  isə 24 namizəddən 23-nü qəbul edib – Jackdən başqa. Və Ma ilk kompüterini 1995-ci ildə görüb, o, artıq 31 yaşında idi və ABŞ-a tərcüməçi kimi gedirdi. Ona «İnternet» haqqında məlumat verildi və Manın axtarış sisteminə daxil etdiyi ilk söz «beer» (pivə) idi. Axtarış nəticələri Amerika pivəsini, Belçika pivəsini – hər hansı ölkənin pivəsini göstərirdi, lakin burada  Çin yox idi. Və Amerika Birləşmiş Ştatlarının internetində Çin haqqında heç bir məlumat olmadığını başa düşdükdə, Çində İnternetin yaradılmasını istədi. Beləliklə Alibabanın hekayəsi başladı. Ma, şirkətini «1001 səhv» adlandırır,hansılar ki  onu dayandırmadı: 2014-cü ildə 25 milyard dollarlıq Alibabanın IPO-su ən böyük oldu.

O vaxtdan bəri, Alibabanın böyüməsi böyük alış və satınalmalara bağlıdır. Şirkət, 2014-cü ildə offline olaraq Intime mağazalarını satın aldı, 2015-ci ildə Lianhua supermarket və Suning texnologiya mağazası satın alındı. Keçən il, Amazon Whole Foods ərzaq zənciri üçün 13,7 milyard dollar xərclədi. Altı ay sonra, Alibaba Ma Çinin RT-Mart və Auchan kimi mağazalarının operatoru Sun Art Retaili 2,9 milyard dollar alıb. Bütün Alibaba mağazaları, məlumatların və yeni texnologiyaların təhlili ilə biznesin səmərəliliyini artırır.

2017-ci ildə Alibaba, Çinin  xaricindəki startuplara: Tokopedia, Lazada, Big Basket və Paytm şirkətlərinə fəal sərmayə qoymağa başladı. Paytm keys xüsusilə maraqlıdır. Bu, Warren Buffetin keçən ay 350 milyon dollar sərmayə yatırdığı  bir Hindistan ödəmə xidmətidir – bu, hər kəsin bildiyi kimi, biznesin idarə etməyə nağd şəkildə üstünlük verilən Hindistanda, etdiyi ilk investisiya idi. Lakin 2016-cı ildə Baş nazir Narendra Modi 500 və 1000 rupini dövriyyədən çıxardı, bu, bütün Hind pullarının 86% -ni təşkil edirdi. İslahat kütləvi etirazlara səbəb oldu və sonra Paytm kimi xidmətlərin inkişafına böyük bir təkan verdi. Göründüyü kimi, həm Alibaba həm də Warren Buffet Hindistanda nağdsız ödənişlərin perspektivli bir bazar olduğunu qəbul edir.

Alibaba həmçinin istifadə edilmiş avtomobil satışlarına, yemək təsliminə, sərmayə qoyurdu. Ma həmdə öz pulunu sərmayə edir. 2018-ci ildə Blue Pool Capital  fondu(Ma və onun Alibaba tərəfdaşı Yusif Tsayın idarə etdiyi), Harvard Business School-da iki şagird tərəfindən 2009-cu ildə təsis edilən Rent the Runway xidmətinə 20 milyon dollar sərmayə qoydu. Rent the Runway ximətinin əsas mahiyyəti-hər bir qıza tanış olan bir problemi həll etməkdir: ziyafət paltarları çox bahalıdır və onlar iki və ya üç dəfədən artıq geyilmir. Maraqlısı odur  ki, Rent the Runway qurucuları Ma kimi heç bir texniki təhsil almayıblar. Əvvəlcə  developlerə və dizaynerlərə sərmayə qoyduqları pulları demək olar ki, itirdilər, lakin nəticədə özləri proqramlaşdırmağı öyrəndilər. İndi saytda yalnız ziyafət paltarları deyil, gündəlik əşyalar da kirayə edə bilərsiniz.

Sentyabrın başında Jack Ma 54 yaşında təqaüdə çıxacağını elan etdi və Bill Gatesin nümunəsindən istifadə edərək xeyriyyəçilik ilə məşğul olacağını bildirdi. Bloombergə verdiyi müsahibə zamanı, sərvəti təxminən 40 milyard dollar qiymətləndirilən Ma, Bill Gatesdən öyrənə biləcəyi çox şeyin olduğunu və Microsoft-un təsisçisi qədər heç vaxt zəngin ola bilməyəcəyini, lakin ondan tez  təqaüdə çıxacağını bildirib. Ma, gələcək fəaliyyətlərinin bir-birlərini anlamayan ölkələri və cəmiyyətləri birləşdirəcək bir körpü halına gətirəcəyinə ümid edir. Onun sözlərinə görə, ilk texnoloji inqilab birinci Dünya müharibəsinə gətirib çıxardı, ikincisi isə İkincisinə, indi isə üçüncü bir inqilab yaşanır. Və başlayacaq müharibə yoxsulluq və xəstəliklə əlaqəli olmalıdır.

Şübhəsiz ki, biz Jack Ma Foundation haqqında hələ də eşidəcəyik – Manın sözlərinə görə on ildir hazırladığı bir layihədir. Bəlkə də, bu hazırlığın bir hissəsi 2015-ci ildə 11 milyon hektarın Nyu-Yorkda 23 milyon dollara satın alınması idi. Bir zamanlar orada  William Rockefellerin sahib oduğu  Brandon –Parkı var idi. Rockefellerlər Amerikada torpaqları almaq ila məşhur idilər və sonra təbiəti orijinal formada saxlamaq üçün onları milli parklara çevirirdilər. Brandon- Park bu alışlardan yalnız biri idi.

Nəhayət, uğur qazanmaq yolunu mükəmməl şəkildə göstərən Jack Ma-dan bir ifadə: «Əgər imtina etmirsinizsə, hələ də bir şansınız var. Təslim olmaq- ən böyük uğursuzluqdur».

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...