“Jack Ma” və “Alibaba” Azərbaycana tibbi yardım göndərəcək

Date:

Paylaş:

“Jack Ma” və “Alibaba” fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə – Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnama yardım göndərəcək.

Qeyd olunduğu kimi, bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr kimi tibbi yardımla təmin olunacaqlar.

Xatırladaq ki, “Jack Ma” “Alibaba Group”un təsisçisi Cek Ma tərəfindən 2014-cü ilin dekabrında təsis edilib. “Alibaba” fondu isə 2011-ci ilin dekabrında yaradılıb.

Bu fondlar ətraf mühit barədə məlumatlılığın artırılması, təhsil məsələləri, su ehtiyatlarının mühahifəzisinin maliyyələşdirilməsi məsələləri ilə məşğul olur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...