Əsas səhifə Məqalələr Fərdi inkişaf Ən varlı iş adamlarından liderlik dərsləri

Ən varlı iş adamlarından liderlik dərsləri

1020
Paylaş

1) Steve Jobs: Ağıllı insanları işə götürün və qoyun sizə nə edəcəklərinizi söyləsinlər.

Cobsun bu mövzuda məşhur bir zarafatı var: “Ağıllı insanları işə götürüb onlara nə edəcəklərini söyləməyin heç bir mənası yoxdur. Biz, ağıllı insanları işə götürürük ki, bizə nə edə biləcəyimizi söyləsinlər”

2) Jack Ma: Texnologiya əsrində hörmət edilən biri olmaq istəyirsinizsə LQ-ə ehtiyacınız var. 

Bir çoxları iş həyatında EQ-nun digərləri isə İQ-un önəmli olduğunu vurğulayır. Ancaq Jack Ma yeni bir termin ortaya atıb – LQ. LQ (love qutient), süni intellektdə ola bilməyəcək özəlliklərin toplandığı intellekt növü. Jack Ma ən böyük problemlərin süni intellektdə olmayan sevgi, anlayış və mərhəmət ilə həll edilə biləcəyini və yeni liderlik bacarıqlarının bu olduğuna inanır.

3) Jeff Weiner: 3 şeyin qiymətini bilin: sağlamlıq, eşq və zaman.

Bu Linkedin CEO-su tərəfindən atılan bir tvitdir. Bir az araşdırıldıqda bu 3 özəlliyin Weinerin həyatına necə təsir etdiyini bilmək olar.

4) Bill Gates, Richard Branson və Warren Buffett: Uğurlu olmaq üçün əlaqə qurmaq bacarıqlarını inkişaf etdirin.

İş həyatında uğur üçün münasibətlərin önəmli bir şey olduğunu demək olar ki hamı bilir. Dünyanın ən məşhur 3 milyarderinin eyni fikirdə olmasından əlavə bu fikirin doğruluğunu təsdiq etmək üçün bir də araşdırma nəticələrinə baxaq. Araşdırmaya görə maddi uğurların 85 faizi danışıq və dinləmə bacarıqlarının düzgün istifadə edilə bilməsindən asılıdır.

5) Richard Branson: Cəsur ol və uğuru yaxala!

Virgin Groupun qurucusu Branson yeni bir işə cəhd edib uğursuz olmadan innovativ və böyüyən bir şirkət olmaq mümkünsüzdür.

6) Tim Cook: Sevdiyiniz işi görün, onu bütün qəlbinizlə qucaqlayın və sonra sadəcə əylənin!

Tim Cook gənclərə uğurun düsturunu bu şəkildə verir. Düstur çox sadədir və çox çalışmaq, əziyyət çəkmək kimi ümumi anlayışların əksinədir. Timə görə insan sevmədiyi işi gecə-gündüz etsə belə uğur qazanmaq ehtimalı azdır.

7) Chip Bergh: İş həyatında şəffaflıq ən böyük liderlik bacarıqlarından biridir.

Levi Strauss&Co’nun CEOsu Chip Bergh, iş həyatında şəffaflığın ən önəmli amillərdən biri olduğunu vurğulayır.