Jack Ma ilə birlikdə işlədiyim dövrdə əzbərlədiyim 40 dərs

Date:

Paylaş:

“Bu gün çətin olacaq, sabah isə çox gözəl”

Ekspertlərin apardığı hesablamalarına görə, 2014-cü ildə Jack Ma-nın kapitalı 32,7 milyard dollar təşkil edib. Bunun sayəsində, o, dünya üzrə ən varlı insanlar siyahısında 18-ci yer ala bilmişdir.

Jack Ma-dan gənc sahibkarlara məsləhətlər

Çinin Alibaba şirkətindəki iş, Porter Erisman-nın insanın nəyə qadir olduğu mövzusu ilə bağlı fikirlərini tamamilə alt-üst etdi. 200o-ci ildən başlayaraq, o, 8 il ərzində şirkətin vitse-prezidenti olmuşdur. Jack Ma ilə işləyərkən, Porter başa düşdü ki, düzgün şərait və düzgün məqsədlər olduğu halda, təcrübəsiz insanlar belə möhtəşəm bir şeylər yarada bilərlər.

Porter-in bizə verdiyi bir sıra faydalı məsləhətlərə nəzər yetirək.

  • Möhtəşəm bir şeylər haqqında xəyal qurun

Hər zaman qarşımıza yeni vəzifələri qoyanda, optimistik proqnozlardan çıxış etməyə çalışırdıq. Buna baxmayaraq, Jack Ma, göstəricilərin 3-4 dəfə artırmağımızı istəyirdi. Bizim göstərdiyimiz müqavimətə məhəl qoymayaraq, o, heç vaxt öz fikirlərindən dönmürdü. O deyirdi: “Bunun mümkün ola biləcəyinə inanmasanız, həqiqətən də heç bir şey alınmayacaq”. İlin sonunda isə biz aşkar edirdik ki, qarşımıza qoyduğumuz vəzifələri artıqlaması ilə yerinə yetirmişik.

  • Özünüzü obyektiv qiymətləndirin

Alibaba şirkətində işlədiyim dövrdə, Jack 4 ildən sonra istefa edəcəyini dəfələrlə təkrarlayırdı. “Mən ingilis dili müəllimi olmaq üçün təhsil alırdım, CEO olmaq üçün yox”, – deyə, o, öz mövqeyini izah edirdi. Bunun əsas səbəbi kimi, baş direktor, onun özündə və əməkdaşlarında kifayət qədər təcrübənin olmamasını göstərmişdir. Lakin, işçilərin əzmkarlığı və çalışqanlığı sayəsində, iş kollektivi öz bütövlüyünü qoruyub saxlaya bilmişdir. Bu cür dəyişkən  bir mühitdə, ekspertlər yoxdur. İstedadları ilk növbədə güzgüdə axtarmaq lazımdır.

  • Rəqiblərinizdən qorxmayın

Taobao şirkətini qurduqda, biz, əsas rəqibimiz olan eBay-dan asanlıqla qorxa bilərdik. Həmin dövrdə eBay bazarda liderliyini saxlayırdı. Adətən, çox böyük şirkətlər göründükləri kimi güclü deyillər. Buna görə də, həm özünüzü, həm də rəqiblərinizi düzgün qiymələndirin.

  • Öz ideyanıza güvənin

Jack – güclü liderdir. O, insanları həvəsləndirməyi çox yaxşı bacarır. Əsas odur ki, Alibaba şirkətinin arxasında hər zamanda güclü ideya dayanıb. Bu ideya, alıcılar ilə satıcıları bir-biri ilə əlqaləndirmək ideyası idi. Çox vaxt sahibkarlar düzgün dəyərlərə və böyük arzulara malik olurlar, lakin biznesin özünün ideyası olmur. Heç bir ambisiyalar və inadkarlıq, bu ideyanın olmamasını kompensasiya edə bilməz.

  • 102 il yaşayan bir şirkət qurun

Alibaba şirkətinə qoşulduğum zaman, Jack mənə dedi ki, 80 il mövcud ola biləcək bir şirkət qurmaq istəyir. İnsanın həyatı bu qədər davam edir. Lakin, sonra o qərara aldı ki, 80 il çox azdır və onu 102 ilə qədər artırdı. Məqsədlər uzunmüddətli olmalıdır.

  • Vəzifələr nə qədər mürəkkəb olsalar, imkanlar da bir o qədər geniş olarlar

Qərbdə onlayn-ticarət, Çinə nisbətən daha sürətli inkişaf edir. Orda ki şərait də daha məqbuldur. Alibaba işə başladığı zaman, maneələr dəfedilməz görünürdülər. İnsanların bir çoxu bu kimi biznesin Çində mövcud ola biləcəyinə inanmırdı. Alibaba onlayn kommersiya üçün lazım olan infrastrukturu sıfırdan quraraq, yeni bazar yaratdı. Jack deyirdi: “Qərbdə onlayn-ticarət sadəcə bir desertdir. Çində isə – əsas xörəkdir”.

  • “Bu gün çətin olacaq, sabah isə çox gözəl”

Bu, Jack-in ən çox sevdiyi ifadələrdən biridir. “Şirkətlərin bir çoxları sabah yoxa çıxacaqlar – onlar parlaq günəşi görməyəcəklər”, – o əlavə edirdi. İnsanlar başa düşməlidirlər ki, startup – yalnız zarafat deyil, eyni zamanda ağır işdir. Ağrı da sevinc kimi, gənc şirkətin həyatının ayrılmaz hissəsidir. Qələbələr sırasında mütləq məğlubiyyətlər də olacaq.

  • Fikrinizi müştəri üzərində cəmləşdirin

Birinci müştərilər, sonra əməkdaşlar, onlardan sonra isə sərmayəçilər. Bu, Alibaba şirkətinin riayət etdiyi əsas qaydadır. Bir çox şirkətlər, daha çox sərmayəçilərin maraqlarına yönəldikləri üçün bir çox fəsadlarla üzləşməli olublar. Müştəriləri dinləsəniz, sərmayəçilər də sizdən razı qalacaqlar.

  • Rəqiblərinizdən örnək götürün, onların ideyasını köçürməyə çalışmayın

Jack heç vaxt öz rəqibləri haqqında məlumatlar oxumurdu və bu, çox təəccüblü idi. O, eyni biznes modelini bir bazardan digər bazara köçürmək istəmirdi. Bu, innovasiya deyil. Rəqiblərinizdən örnək götürə bilərsiniz, lakin ən vacib şey müştərilərin maraqlarını nəzərə alaraq, unikal məhsul yaratmaqdır.

  • “Dovşanı” dəyişməyin

“Əgər siz bir dovşanların arxasınca düşən canavarsınızsa, onlardan birini seçin. Onu tutmaq üçün özünü dəyiş, heç vaxt dovşanları dəyişməyin” – Jack-in ən məşhur ifadələrindən biri də budur. Şirkətlər öz missiyasını unutduqda, yolunu azırlar.

  • Dovşan kimi çevik, tısbağa kimi səbirli olun

Bir tərəfdən şirkətlər gələcəyə üz tutmalıdırlar, digər tərəfdən isə dəyişikləri izləyib  yerindəcə öyrənməlidirlər. Bu balansı saxlamaq çox vacibdir.

  • Biznesin əsasında yaxşı ideya dayanır

Alibaba şirkətinin əsasında çox yaxşı ideya dayanırdı – alıcı ilə satıcının əlaqələndirilməsi. Çox vaxt sahibkarlar öz dəyərlər, arzular və ya məşğuliyyətlərdən çıxış edərək hərəkət edirlər.

  • Hamıdan birinci olmaqdansa, hamıdan ən yaxşı olmaq daha vacibdir

Çox vaxt sahibkarlar öz ideyalarını realizə etməkdən çəkinirlər. Bunun əsas səbəbi isə kiminsə  onları bu işdə qabaqlaması olur. Lakin, siz yadda saxlamalısınız ki, bazarda ilk olmaqdansa, ən yaxşı olmaq daha vacibdir. eBay Çin bazarına ilk çıxan şirkətlərdən biri olmuşdur və o düşünürdü ki, bazarda gedən rəqabətdə mütləq qalib olmalıdır. Lakin, biz daha yaxşı məhsul istehsal etdik  – Taobao. Nəticədə, biz qalib gəldik.

  • “Pulsuz” – bəzən ən yaxşı biznes modelidir

Taobao bu konsepsiyanı tətbiq etməkdə müvəffəq ola bilmişdir. İlk vaxtlarda eBay bu ideyaya kinayə ilə yanaşırdı. Şirkətin nümayəndələri bildirmişdirlər ki, “bu, biznes modeli deyil”. Unutmayın ki, iri şirkətlərin bir çoxları fəaliyyətin başlanğıcında öz xidmətlərini təmənnasız şəkildə təqdim edirdilər. Google axtarış sistemi və Facebook xidmətlərindən hələ də pulsuz yararlanırıq.

  • Çətiri yağış başlamamış alsanız, daha yaxşı olar

Bu fikrə əsaslanaraq, Jack, 2000-ci ildə Softbank-dan maliyyə cəlb etməyi qərar verdi. Həmin dövrdə şirkətin əlavə maliyyə dəstəyinə heç bir ehtiyacı yox idi. Lakin, bir neçə aydan sonra bazar çökdü və bu maliyyə şirkəti xilas edə bilmişdir.

  • Böhran zamanı yeni imkanlar axtarın

Çin dilində “böhran” sözü iki heroqlifdən ibarətdir: “təhlükə” və “yaxşı fürsət”.  Bu, təsadüfi deyildir.

2003-cü ildə Alibaba şirkəti, böyük bir böhranla üzləşməli olub. Qeyd olunmuş dövrdə, Çində pnevmoniya xəstəliyi geniş vüsət almışdır. Şirkətin əməkdaşlarının çox hissəsini karantinə göndərmək qərarı alındı. Eyni zamanda, müştərilər bu xəstəliyə yoluxmaqdan qorxaraq, şəxsi ünsiyyətdən çəkinirdilər.

Yaranmış vəziyyətə baxmayaraq, biz özümüzü itirmədik və onlayn ticarət xidmətini inkişaf elətdirməyə başladıq.

  • Rəqiblərinizin güclü tərəflərindən, onların özlərinə qarışı istifadə edin

Mən və mənim əməkdaşlarım, eBay şirkətinin Çin bazarına 100 milyon dollar sərmayə qoymaq niyyətində olduğunu öyrəndikdə, narahat olmağa başladıq. Jack isə bu xəbərə çox sakit yanaşmışdır. O bilirdi ki, rəqibin güclü tərəfindən onun özünə qarşı istifadə etmək olar. Biz eBay şirkətini debatlara cəlb edərək, sözlü müharibə aparmağa başladıq. Beləliklə, biz, Taobao şirkətini populyarlığını artırmış olduq.

  • Böhrana hazır olun

Hər bir şirkət öz inkişaf tarixində böhranlarla üzləşməli olur. Alibaba şirkətinin fəaliyyətində hər bir böyük uğurdan sonra, dərhal hansısa böhran baş verirdi. Bu tendensiya yalnız bizim şirkətdə deyil, Google, Apple, Facebook və Microsoft kimi nəhəng şirkətlərdə də izlənilir.

  • IPO-ya keçməyə tələsməyin

İlkin kütləvi yerləşdirmə – şirkətin inkişafında vacib etaplardan biridir. Buna baxmayaraq, IPO – əsas məqsəd deyil. Jack-in sözlərinə görə, “IPO – uzun yol gedəcəyimizi nəzərə alaraq, yanacaq doldurma məntəqəsində  maşının bakını doldurmaq kimidir”.

  • Sahibkarlar problemlərdən şikayət etmirlər, onlar problemləri həll edirlər

Alibaba və Taobao yarandığı dövrdə, skeptiklərin bir çoxu düşünürdülər ki, onlayn ticarət Çin bazarına heç vaxt uyğunlaşa bilməyəcək. Burada ödəmə infrastrukturu yox idi. Burada logistika infrastrukturu yox idi. Lakin, Alibaba bütün bunlara qalib gələrək, ölkədə ən nəhəng onlayn ticarət sistemini yaratdı.

  • Həvəsdən düşməyin

Jack tez-tez zarafatca deyirdi: “Əgər mən öz təcrübəm haqqında kitab yazsam,  adını “Alibaba və 1001 səhv” qoyacağam”. Hər bir sahibkar iki vacib xüsusiyyətə malik olmalıdır: qısa bir zamanda bərpa olmaq bacarığı və amneziya. Jack yalnız gələcək haqqında düşünürdü, səhvlərini isə tez bir zamanda unudurdu. Səhv – müvəffəqiyyətin əks təsiridir. Səhvlərə görə ruhdan düşmək yox, dərs götürmək lazımdır.

  • Çətin qərarları verməyə hazır olun

Rəhbər hər bir kəsin istəyinə uyğun hərəkət edə bilməz. Böyük biznesə başlamış bütün rəhbərlər, sərt qərarları verməyi bacarmalıdırlar.

  • Qoy komanda rəhbərin diqqətini çəkmək uğrunda yox, məqsədə çatmaq uğrunda çalışsın

Asiyanın bir çox şirkətində rəhbərlik şaquli struktura malikdir. Bu halda qarşıda duran əsas məsələ rəhbərin xoşuna gəlmək olur. Təbii ki, rəhbər yaranmış vəziyyətdən çox razı qalır. Bu səhv yanaşmadır, Jack qeyd edir ki, komandanın diqqəti ilk növbədə şirkətin məqsədlərində olmalıdır.

  • Şirkətin obrazını yaradın

Jack Ma Alibaba şirkətini çox ucuz bir ofisdə qurmuşdur. O, Taobao və AliPay- i də həmin ofisdə qura bilərdi. Lakin, Jack belə etmədi. Öz əməkdaşlarında şirkətin obrazını yaratmaq məqsədi ilə, o, öz mənzilindən ofis kimi istifadə etdi.

Şirkətin həyatı – sahibkarların öz üslubunda danışa biləcəyi bir tarixdir. Bu o demək deyil ki, hər bir şirkət özünə süni maneələri yaradaraq, qaraja köçməlidir. Lakin, çətinliklər bəzən yadda qalaraq, simvolik dəyərə çevrilmiş olur. Bu, həm əməkdaşları, həm də müştəriləri KİV-ə cəlb edir.

  • Adətən heç bir şeydən başı çıxmayan insanlar, texnologiya sahəsində ən yaxşı sahibkarlara çevrilirlər

“Alibaba mənim heç nədən başım çıxmadığı üçün sağ qala bilib”, – Jack tez-tez deyirdi. Bir çox insan təəccüblənir, necə oldu ki, ingilis dili müəllimi onlayn ticarət ilə məşğul olan dünyada ən böyük şirkət qura bilib? Bu onu göstərir ki, texnologiya sahəsində dərin biliyi olmayan insan belə bu sahədə çox şeyə nail ola bilər.

Jack-in texnologiya sahəsində o qədərdə bilikli olmaması, şirkətin xeyrinə işlədi. Belə ki, şirkət daha sadə məhsulların yaradılmasında müvəffəq ola bilmişdir.

  • Biznesi şəxsi bir problem kimi qəbul etməyin

eBay şirkətinin etdiyi səhvi təkrar etməyin. Nəzərə alın ki, diqqətinizi ancaq rəqabət üzərində cəmləsəniz, əsas məqsədinizi unuda bilərsiniz.

  • Birlikdə işləyən komanda, “arzulardakı komanda” dan daha yaxşıdır

2000-ci ildə IPO-ya hazırlaşan zaman, Alibaba “arzuladığı komanda” nı yığmışdır. Komandaya dünyanın ən aparıcı universitetlərini bitirmiş mütəxəssislər daxil idi. Buna baxmayaraq, real həyatda bu insanlar bir-biri ilə o qədər də yaxşı işləmirdi. Bu “arzulardakı komanda” işdən çıxarılandan sonra, rəhbərlik şirkət təsisçilərin əlinə qayıtmış oldu. Bəlkə də, onların heç də hamısı “ulduz” deyildilər. Əsas odur ki, onlar birlikdə yaxşı işləməyi bacarırdılar.

  • İşçi heyətinin idarəçiliyi sistemində dəyərlərdən istifadə edin

Şirkətin dəyərlərini yazılı formada divardan asmaq lazım deyil. Onları əməkdaşların qiymətləndirilməsində nəzərə alsanız, daha yaxşı olar.

Alibaba şirkətində işçilərin yüksəlişi 50% konkret nəticələrdən, 50% isə onların dəyərlərə nə dərəcədə riayət etməsindən asılıdır.

  • Etdiyiniz əməllər, dediyiniz sözlərdən daha çox əhəmiyyət daşıyırlar

Strategiyamızın üzərində ilişib qaldığım zaman Jack mənə deyirdi: “Mən səni etdiyin səhvlərə görə yox, heç bir şey etmədiyin üçün təqsirləndirə bilərəm”.

  • İnkişaf edən şirkəti ilk təəssüratınıza görə mühakimə etməyin. Onun inkişaf tendensiyasına baxın

Gənc şirkətdə çalışan top-menecerin qarşısında duran ən çitin vəzifə- daha iri şirkətlərdən gələn işçiləri inteqrasiya etməkdən ibarətdir. Adətən, yeni işçi, şirkətdə mövcud  olan bütün problemlərinə diqqət etməyə başlayır. Nəticədə, o, iş yerini dəyişdiyinə görə peşmançılıq hissini yaşaya bilər. Bunu nəzərə alan Alibaba şirkəti, yeni işçilərinə 1-2 həftə adaptasiya üçün vaxt verir.

  • İşçilərə uzunmüddətli məzuniyyətlər verin

Bəzən işçilər şirkətin işinə o qədər sadiq olurlar ki, bir neçə il ərzində fasiləsiz işləməyə davam edirlər. Şirkət bir şeyi yadında saxlamalıdır ki, işçilərin istirahətə ehtiyacları var. Mənim bəxtim gətirdi, Jack çox düşüncəli rəhbər idi. Zamanında o mənə bir illik məzuniyyət vermişdir.

  • Köhnə işçilərin əməyinə hörmət edin

2003-cü ildə mən Alibaba.com saytın işinin  başında durmağa başladım. Yeni vəzifəyə təyin olunduqdan sonra, mən saytın işində bir çox səhvləri aşkar etdim İlk başda mən dərhal saytda bir çox dəyişiklər etmək istədim və rəhbərliyə başa salmağa çalışırdım ki, saytın köhnə formatında bir çox çatışmazlıqlar var.

Lakin sonra mən başa düşdüm ki, sayt üzərində çalışan köhnə işçilərin əməyinə hörmətlə yanaşmalıyam. Kollektivdə artıq edilmiş işlərin əhəmiyyətini kiçiltmək lazım deyil. Geriyə baxdıqda, keçdiyiniz yolu görüb fəxr hissini duymalısınız.

  • Çin də innovasiya yarada bilər

Yeni texnologiyalarla məşğul olan sahibkarlar haqda bir sıra şayiələr yayılmışdır. Onlarda biri də ondan ibarətdir ki, çinlilər yalnız kimisə  yamsılamaq bacarığına malikdirlər. Hətta deyirlər ki, Alibaba sadəcə eBay-in köçürməsidir. Alibaba şirkətinin ekosistemi, eBay və ya Amazon-dan çox fərqlənir.

Çin bazarı sürətlə inkişaf edir və daim dəyişir. Burada təhsilə, biliyin əldə olunmasına və özünü inkişafa çox böyük maraq var.

  • Öz yolunuzu tapın

Çin sahibkarları, qərb sahibkarlarından qat-qat fərqlənirlər. Bunu başa düşmək üçün, Alibaba şirkətində mənim 8 il vaxtım getdi.  Biznes məktəbində mən öyrənmişdim ki, birinci məlumatları toplamaq, sonra onları analiz etmək, ən sonda isə plan qurmaq lazımdır. Alibaba şirkətində işə yanaşma tamamilə fərqlidir.

Jack deyirdi: “Alibaba-da plan yoxdur”. Tədricən mən başa düşdüm ki, Jack-in verdiyi qərarlar dərin analizə deyil, onun daxili hissiyyatına əsaslanır. Bu cür yanaşma, MBA-nın istənilən tələbəsini dəli edə bilərdi.

Daos konsepsiyasına görə, hər bir şey təbii olaraq inkişaf etməlidir. İnsan hər hansısa hərəkəti etdikdə, mübarizə aparmalı deyil.

Alibaba özündə iki böyük gücü birləşdirmiş oldu: Çin və internet.

  • Birinci et, sonra üzr istə

Çin bazarı çox dəyişkəndir və onun qanunları da daim təkamül edir. Aparıcı şirkətlər yol kənarında dayanıb, qanunvericilərin köməyini gözləmirlər. Bəzən sahibkarlar bir şeyi edirlər, sonra isə üzr istəyirlər.

Fəaliyyətdə olan qanunların əksəriyyəti, internet dövründən əvvəl yaradılmışdır. Buna görə, bəzən sahibkarlar qaydaların çərçivəsindən çıxmalı olurlar.

  • Hakimiyyətə aşiq olun, amma onunla ailə həyatı qurmayın

Çində rüşvətxorluğun səviyyəsi olduqca yüksəkdir. Bu faktor, hakimiyyət ilə biznes arasındakı münasibətlərdə gərginliyin əmələ gəlməsinə səbəb olur. Bəzən biz düşünürük ki, məmurlarla münasibətlərin tənzimlənməsinin yeganə yolu rüşvətdir. Bu belə deyil. Şəhər, dairə və ya ölkə üçün etdiyiniz yaxşı şeyləri onlara təqdim edin. Alibaba bu strategiyanı uğurla həyata keçirməkdə müvəffəq olmuşdur. Şirkət Quançjou şəhərini Çinin onlayn ticarət mərkəzinə çevirərək, daim orada müxtəlif təqdimatlar, konfranslar təşkil edirdi.

KİV-in diqqəti Alibaba üzərində cəmləşmişdir. Tədricən Alibaba nümunəvi şirkət kimi qəbul olunmağa başladı. Məmurlar bundan çox xoşbəxt idilər.

  • Yeni Çində “huansi”

Huansi – məmurlarla qarşılıqlı fayda əsasında qurulmuş münasibətlərdir. Biznesmenlər üçün 80-cı illərdə bu münasibətlərin qurulması böyük əhəmiyyət kəsb edirdi. Lakin, yeni Çində vəziyyət dəyişib. İndi “huansi” nin məmurlarla deyil, müştərilərlə qurulmasına üstünlük verilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...